reklam
Premyer Liqada sürprizlər gecəsi Premyer Liqada sürprizlər gecəsi https://take.az/uploads/posts/2020-10/thumbs/1601853167_loading.az_1601842671832_solxaqdt.jpg
amon

amon İdman 5-10-2020, 03:14

Premyer Liqada sürprizlər gecəsi

Premyer Liqada sürprizlər gecəsi
İngiltərə Premyer Liqasında IV tura yekun vurulub.

Son oyun günündə altı qarşıalşma baş tutub.

Son çempion “Liverpul” Birmingem səfərində biabırçı məğlubiyyətlə üzləşib. Ardıcıl üçüncü qələbəsinə sevinən “Aston Villa” mersisaydlıları darmadağına məruz qoyub.

“Mançester Yunayted” də ağır yenilgi alıb. Ole-Qunnar Sulşerin yetirmələri öz meydanında darmadağınla üzləşib. “Tottenhem” rəqibini 6:1 hesabı ilə yenib. “Lester” “Vest Hem”lə qarşılaşmada üç cavabsız qola əngəl ola bilməyib.

“Vulverhempton” “Fulhem”lə, “Arsenal” “Şeffild Yunayted”lə, “Sauthempton” “Vest Bromviç”lə ev matçında üç xal qazanan tərəf olub.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 17-19-da keçiriləcək.

İngiltərə Premyer Liqası

IV tur

4 oktyabr

“Vulverhempton” – “Fulhem” – 1:0
Qol: Neto, 56

“Arsenal” – “Şeffild Yunayted” – 2:1
Qollar: Saka, 61, Pepe, 64 – Makqoldrik, 83

“Sauthempton” – “Vest Bromviç” – 2:0
Qollar: Cenepo, 41, Romeu, 69

“Lester” – “Vest Hem” – 0:3
Qollar: Antonio, 14, Fornals, 34, Bouen, 83

“Mançester Yunayted” – “Tottenhem” – 1:6
Qollar: Fernandes, 2 (pen.) – Ndombele, 4, Son, 7, 37, Keyn, 30, 79 (pen.), Orye, 51

“Aston Villa” – “Liverpul” – 7:2
Qollar: Uotkins, 4, 23, 39, Makqin, 35, Barkli, 55, Qriliş, 66, 75 – Salah, 33, 60

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
271 287 246 249 206 242

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.