Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Keti Teylor “Bakı-2015”-in idman elçisi oldu

  • Müəllif  Asef
 

Onun Bakıda yarışacağı günü səbirsizliklə gözləyirəm”.

Bakı-2015 Avropa Oyunları bu gün irlandiyalı boksçu Keti Teyloru tarixdə ilk dəfə bu yay keçiriləcək yarışın beynəlxalq idman elçisi elan edib. 

 London-2012 Olimpiya oyunlarında qızıl medal qazanmış xanım Teylor həmçinin 60 kq çəki kateqoriyasında hazırkı İrlandiya və dünya çempionudur.  

Onun mühüm çempionatlarda qazanmış olduğu medallar siyahısına Olimpiya çempionu olmaqla yanaşı, beş ardıcıl dünya çempionu, altı ardıcıl Avropa çempionu və beş Avropa İttifaqı qızıl medalı olmaqla 17 qızıl medal daxildir və Teylor qadın boksu tarixində ən çox medal qazanmış idmançı hesab edilir. 

Bakı 2015-in əməliyyatlar üzrə baş icraçı direktoru cənab Saymon Kleq deyib: "Keti-ni beynəlxalq idman elçisi qismində Bakıda salamlamaq mənim üçün çox xoşdur. Onun kimi dünya miqyaslı bir çempionun ilk Avropa Oyunlarını dəstəkləməsi tədbir üçün böyük bir üstünlükdür və bu yay keçiriləcək yarışların yüksək səviyyəsindən xəbər verir. 

"Mən Keti-nin idman elçisi qismində Oyunları İrlandiyada böyük məmnuniyyətlə təşviq edəcəyindən əminəm və onun iyun ayında Bakıda yarışacağı günü səbirsizliklə gözləyirəm”. 

Bakı 2015-in idman elçiləri həm yarışdıqları idman növünü təmsil edəcəklər, həm də Avropa Oyunlarının təşviqi məqsədilə bütövlükdə qitə üzrə və sosial mediada marketinq kampaniyalarında iştirak edəcəklər. 

İrlandiya Respublikasının milli qadın futbol komandasını da təmsil edən 28 yaşlı xanım Teylor bildirdi: "Bakı 2015 Oyunları Avropa idmanı üçün gözəl bir irəliləyişdir və mən həm idman elçisi, həm də yarışçı olaraq burada iştirak etdiyim üçün çox məmnunam. Oyunlar haqqında məlumatlılığın artırılması və bu haqda mümkün qədər daha çox insanın xəbər tutması üçün əlimdən gələni edəcəyəm”.



Oxşar mövzular:
  • Dünya çempionu Bakıya gəlir
  • Avropa çempionu sərbəst güləşçilər vətənə qayıdıb
  • Cempionlarımız üçün 600 min manat mükafat
  • Azərbaycanın qadın güləşçisi Mariya Stadnik olimpiadada gümüş medal qazandı
  • Azərbaycanın London Olimpiadası mükafatçısı karyerasına son qoyur


  • Gerİ dön


    1 şərh


    • tanimiram ugurlari bol olsun

    • --------------------------------------------
      hec vaxt ozunu basqalarindan ustun tutma!!! unutmaki aftafa qizildanda olsa yeri tualetdir!!!
    • Raqsana
    • Xəbərlər: 159
    • Şərhlər: 3633
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III