Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Əlinin cənazəsini daşıyacaq şəxslər məlum oldu

  • Müəllif  Admin
 

 

Ağır çəkidə sabiq mütləq çempion, britaniyalı Lennoks Lyuis və Hollivud aktyoru Uill Smit boks üzrə sabiq dünya çempionu Məhəmməd Əlinin dəfn mərasimində iştirak edəcəklər.  
 
Onlar idmançının tabutunu qohumları ilə bir yerdə aparacaqlar.

"Associated Press"in məlumatına görə, hələ 2010-cu ildə Əli dəfninin planını tərtib edib. O, dəfn mərasiminin ssenarisini qalınlığı iki düym olan (5 sm yaxın) "Kitab"a yazıb.

Onun arzusuna görə, boksçu ilə vidalaşmaq istəyən hər kəsin dəfnə gələ bilməsi üçün mərasim stadionda keçiriləcək. Tabut qəbristanlığa Əlinin şərəfinə adlanan küçədən, eləcə də idmançının adını daşıdığı muzeyin qarşısından keçirilərək aparılacaq. Bundan başqa, boksçu cənazəsinin məhz böyüdüyü məhəllədən keçirilərək aparılmasını istəmişdi.

Boksçunun dəfn mərasimi iyunun 10-da Kentukki ştatında Luisvilldə keçiriləcək. Dəfn internetdə canlı yayımlanacaq. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Amerikanın sabiq lideri Bill Klinton, eləcə də aktyor Billi Kristal iştirak edəcəklər.


Oxşar mövzular:
  • Türkiyə Prezidenti Azərbaycana gələcək
  • İki idmançımız dünya çempionu adı uğrunda döyüşəcək
  • Boksçumuz ermənini diz çökdürdü
  • Məhəmməd Əlinin əlcəkləri satışa çıxarılır: ilkin qiymət 1 milyon olacaq
  • Azərbaycanın qadın boksçusu Avropa çempionatına qələbə ilə başladı


  • 2 şərh


    • amin cox yaxwi idmanciydi

      amin çox yaxşı idmançıydı

      amin çox yaxşı idmançıydı


    • raul
    • Xəbərlər: 0
    • Şərhlər: 2
    • İCQ: 24


    • ALLAH rehmet elesin

    • --------------------------------------------
      ♏ЄИĪ♏ ЦĈЦИ ĦЄ¥Âƚ $ЄИÐЄИ ĪßÂRЄƚÐĪ ĈÂ♏ÂĿĪ♏
    • Fidan
    • Xəbərlər: 134
    • Şərhlər: 883
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2018    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    Style I Style II Style III