Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Mer olimpiadaya icazə vermədi: "Artıq xərcdir"

  • Müəllif  Admin
Mer olimpiadaya icazə vermədi: 'Artıq xərcdir'

İtaliya paytaxtı Roma 2024-cü ilin Olimpiya oyunlarına ev sahibliyi müraciətini geri götürəcək.

Roma meri bəyan edib ki, İtaliya paytaxtının bu qədər maliyyə çətinlikləri içində olimpiadaya ev sahibliyi etməsi məsuliyyəsizlik olardı.

Olimpiya komitəsi son ana qədər Beş Ulduz hərəkatından ötən iyunda mer seçilmiş Virginia Ragginin öz fikrindən dönəcəyinə ümid bəsləyirdi. Roma olimpiadaya son dəfə 1960-cı ildə ev sahibliyi etmişdi. Şəhər maliyyə çətinliklərinə görə 2020-ci ilin Oyunlarına ev sahibliyi müraciətini geri götürmüşdü. Bundan əvvəl Boston və Hamburq 2024-ci ilin Olimpiadasına ev sahibliyindən imtina ediblər. Almaniya 1972-ci ildən bəri olimpiya oyunlarına ev sahibliyi etməyib. Hamburq şəhərinin ev sahibliyindən geri çəkilməsi qərarı isə referendumla qəbul olunub.

Lakin Paris, Los-Anceles və Budapeşt ev sahibliyinə hələ də iddialıdırlar. Bu şəhərlər öz namizədliklərini oktyabrın 7-dək təsdiq etməlidir.

İtaliya Olimpiya Komitəsinin prezidenti Giovanni Malago xanım Ragginin heç olmasa referendum keçirməyə razılıq verəcəyinə ümid edirdi. Roma 2024 komitəsi "təəccüb və pərtlik" bildirən bəyanatla çıxış edib. Komitə bildirib ki, Oyunlar Roma iqtisadiyyatına 1,7 milyard dollar töhfə verə bilərdi.
Lakin xanım Raggi belə yanaşmanı qəbul etməyib. "Biz bununla əslində Roma və İtaliya sakinlərini borc altına girməyə məcbur edirik. Biz bu təşəbbüsü dəstəkləmirik", - deyib mer. Virginia Raggi bildirib ki, Roma hələ də 1960-cı il Olimpiadasının borclarını verib qurtarmayıb.

Romanın olimpiya rəsmiləri 2024-cü il Oyunları üçün 5,3 milyard avroluq büdcə tutmuşdular. Onlar deyirdilər ki, yarışlar üçün meydançaların 70 faizi artıq mövcud olan komplekslərdədir. 1984-cü ildə Los-Anceles Olimpiada üçün mövcud obyektlərdən istifadə etmiş və qazanc götürmüşdü. Bu şəhərin 2024-cü il Olimpiadası üçün tutduğu büdcə 4,52 milyard dollardır və gözlənilən gəlir 150 milyon dollardan artıq olmalıdır. Lakin olimpiadaları keçirən əksər şəhərlər borca və ziyana düşüb.

2004-cü ildə Afinada keçirilmiş Olimpiada 9 milyard avroya başa gəlmişdi. Yunanıstan hazırda nəhəng borcun girdabındadır. 2016-cı ilin Rio Oyunlarına 12 milyard dolların xərcləndiyi təxmin edilir. 2012-ci ilin London Olimpiadası büdcədən üç dəfə bahaya - 8,77 milyard funt-sterlinqə başa gəlmişdi. Buna baxmayaraq London Olimpiadası 10 milyard funt-sterlinqə yaxın ticarət və investisiyaları cəlb etmişdi.


Oxşar mövzular:
  • Avropa Olimpiya Komitəsinin prezidenti həbs olundu - ŞOK
  • İlham Zəkiyev Rio olimpiadasına düşmək üçün yarışacaq
  • Fransa mediası: "Olimpiya Oyunlarının ideal surəti"
  • Azərbaycanın London Olimpiadası mükafatçısı karyerasına son qoyur
  • Olimpiada haqqında maraqlı faktlar


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Absence Bağışlamır
           Нет
    Şərhləri: 1
     
    Keithbef
           326846464
    Şərhləri: 1
     
    «     İyul 2018    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III