Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bu transferlər 2016-cı ilə damğa vurdu - SİYAHI

  • Müəllif  Admin
Bu transferlər 2016-cı ilə damğa vurdu - SİYAHI


2016-cı ildə dünya klubları bir sıra transferlər həyata keçirdi. Onların arasında bəziləri var idi ki, bütün dünya onlardan danışdı. Səs-küyə səbəb olmuş 10 transferi təqdim edirik.

Paul Poqba: 105 milyon avro ("Yuventus"dan "Mançester Yunayted"ə)
Bu yaya qədər Kriştiano Ronaldo və Qaret Beylin dünyanın ən bahalı transferi olduğu iddia edilirdi. "Real" Ronaldonu 2009-cu ildə "Mançester Yunayted"dən 94 milyon avroya transfer edib. Bu rəsmi statistikaya görə bu yaya qədər ən bahalı transfer hesab olunurdu. Rəsmi məlumatlara görə, "Real" 2013-cü ildə "Tottenhem"dən aldığı Beyl üçün 91, qeyri-rəsmi məlumatlara görə 101 milyon avro ödəyib.

Amma artıq bu müzakirələr heç bir əhəmiyyət daşımır. Çünki artıq dünyanın ən bahalı transferi Paul Poqbadı. "Mançester Yunayted" onu "Yuventus"dan 105 milyon avroya alıb və 5+1 illik müqavilə imzalayıb.

Zlatan İbrahimoviç: pulsuz (RSJ-dən "Mançester Yunayted"ə)
İlin ən səs-küylü transferlərindən biri Zlatan İbrahimoviç oldu. Hollandiya, İtaliya, İspaniya və Fransada çempionluq yaşamış isveçli ulduzun PSJ-dən ayrılacağı uzun müddət əvvəldən bəlli olsa da, onun hansı kluba gedəcəyi bilinmirdi. İbra sonda Joze Mourinyonun başçılıq etdiyi "Mançester Yunayted"i seçdi.

İbrahimoviçin Premyer Liqa nəhənginə keçidi pulsuz baş tutsa da, o, transferinə ən çox pul xərclənmiş ulduzlardan biridi. Məsələn, "Ayaks" onun transferinə 7.8, "Yuventus" 16, "İnter" 24.8, "Barselona" 69.5, "Milan" 24. PSJ 21 milyon avro xərcləyib.

Qonzalo Hiquayn: 90 milyon avro ("Napoli"dən "Yuventus"a)
İlin ən səs-küylü transferlərindən biri də Qonzalo Hiquayn oldu. "Napoli" "Real"dan 39 milyon avroya aldığı argentinalı ulduzu "Yuventus"a 90 milyon avroya satdı.

Bu transfer İtaliyada böyük səs-küyə səbəb oldu. "Napoli" azarkeşləri "düşmən cəbhə"yə keçən argentinalını hədəf seçdi, əleyhinə bəzi kampaniyalar apardı.

Halk: 55.8 milyon avro ("Zenit"dən "Şanxay SİPG")

İlin ən bahalı transferlərindən birini də Çin klubu həyata keçirdi. Belə ki, "Şanxay SİPG" braziliyalı Halk üçün "Zenit"ə 55.8 milyon avro ödədi.

4. Con Stones: 55.6 milyon avro ("Everton"dan "Mançester Siti"yə)
"Everton"un 22 yaşlı müdafiəçisi Avropanın əksər aparıcı klublarının maraq dairəsində idi. Amma sonda o, Pep Qvardiolanın başçılıq etdiyi "Mançester Siti"yə qismət oldu. "Şəhərlilər" bu transfer üçün 55.6 milyon avrodan keçdi.

5. Leroy Sane: 50 milyon avro "(Şalke 04"dən "Liverpul"a)
Uzun illər həsrətində olduğu çempionluq sevincini yenidən yaşamaq niyyətində olan "Liverpul" transferlərə pul xərcləməkdə simiclik etmədi. "Qırmızılar"ın ən bahalı transferi isə Leroy Sane oldu. "Şalke 04" bu keçidə görə 50 milyon avro qazandı.

6. Qranit Haka: 45 milyon avro (Münhenqladbax "Borussiya"sından "Arsenal"a)
İlin ən bahalı transferlərindən birini "Arsenal" həyata keçirdi. London klubu Münhenqladbax "Borussiya"sının Kosova əsilli isveçrləri ulduzu Qranit Haka üçün 45 milyon avro ödədi.

7. Henrix Mxıtaryan: 42 milyon avro (Dortmund "Borussiya"sından "Mançester Yunayted"ə)
2016-cı ilə damğa vuran transferlər arasında erməni futbolçu da var. Belə ki, "Mançester Yunayted"in Dortmund "Borussiya"sından aldığı Henrix Mxıtaryan bu ilin ən bahalı müqavilələrindən birinin səbəbkarı olub. İngilislər onun üçün 42 milyon avrodan keçib.

Ermənistan millisinin üzvü son illər dəyərini sürətlə artırıb. Belə ki, 2009-cu ildə Donetsk "Metallurq"u onu "Pünik"dən 350 min avroya almışdı. Cəmi bir il sonra "Şaxtyor" erməni futbolçu üçün 5.85 milyon avro ödəyib və 2013-də onu 27.5 milyona "Borussiya"ya satıb.

8. Sadio Mane: 41.2 milyon avro ("Sautqempton"dan "Liverpul"a)

"Liverpul"un bu il həyata keçirdiyi daha bir bahalı transfer Sadio Mane olub. 24 yaşlı seneqallı ulduz "qırmızılar"va 41.2 milyon avroya başa gəlib.

9. Mişi Batşuyi: 39 milyon avro ("Marsel"dən "Çelsi"yə)
Antonie Konteni baş məşqçi postuna gətirərək yenidən iddiasını ortaya qoyan "Çelsi" də transferə pul xərcləməkdə xəsislik etmədi. London klubu Mişi Batşuyini "Marsel"dən 39 milyon avroya alıb.


Oxşar mövzular:
  • "Mançester Yunayted"dən "Real"a 56 milyon avro
  • Planetin ən varlı kulubları
  • Dünyanın ən bahalı gənc futbolçularının siyahısını açıqlanıb
  • Planetin ən varlı futbolçuları
  • Dünyanın ən çox sevilən 20 klubu (SİYAHI).


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2018    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    Style I Style II Style III