reklam
İftar süfrəsi üçün maraqlı reseptlər İftar süfrəsi üçün maraqlı reseptlər https://take.az/uploads/posts/2023-04/thumbs/1681538508_iftar_51681390396.jpg
ice berg

ice berg Mətbəx 15-04-2023, 19:00

İftar süfrəsi üçün maraqlı reseptlər

İftar süfrəsi üçün maraqlı reseptlər
Sosiskalı şorba

Ərzaq:
5-7 ədəd sosiska
2 ədəd soğan 2 diş sarımsaq
1 banka marinə edilmiş pomidor
1 az ağ lobya
Reyhan, parmezan pendiri
Makaron
Yağ
1 litr toyuq bulyonu
Toyuq əti

Hazırlanması:

Toyuq ətini bişirin, bulyonu tənzifdən süzün. Soğanı xırda doğrayıb sosiskalarla birlikdə qızardın. Soğanın rəngi şəffaflaşanda doğranmış sarımsağı, sonra isə qabığı soyulmuş pomidorları əlavə edin. Üzərinə 1 litr toyuq bulyonu tökün. Zəif ocaqda 25-30 dəqiqə bişirin. Sonra lobyanı ve makaronu, bişmiş toyuq ətini əlavə edin. Hazır olanadək bişirin. Duzlayıb, istiotlayın. Süfrəyə verərkən üzərinə göyərti və sürtgəcdən keçirilmiş parmezan pendiri səpin.

Şeşəndaz plovu

Ərzaq:

150 qr. düyü
50 qr. ərinmiş kərə yağı
2 ədəd yumurta
100 qr. soğan
0,5 qr. limon duzu
5 qr. şəkər tozu
0,1 qr. zəfəran
0,2 qr. darçın
duz, istiot

Hazırlanması:

İlk öncə soğanı halqa doğrayın. Doğradığınız soğanı tavada yağda qızardın. Üzərinə limon duzu və şəkər tozu əlavə edib qarışdırın. Yumurtaları bir kasada çırpın. Çırpdığınız yumurtaları bişən soğanın üzərinə əlavə edib bişirin. Düyünü suda yarım saatlıq isladın. Qazanda düyü üçün su qaynadın. Düyünü az duz tökülmüş suda bişirin. Bişirib süzdüyünüz düyünün aralarına zəfəran səpərək dəmə qoyun. Süfrəyə verdikdə plovun üstünə qayğanağı əlavə edin. Üzərinə əridilmiş kərə yağı və darçın səpin.

"Kartof" pirojnası

Ərzaq:
Sadə peçenye – 700 qr.
Qatılaşdırılmış süd – 1 banka
Kərə yağı – 200 qr.
Kakao – 5 x/q.
Şərab – 3 x/q.

Hazırlanması:
Peçenyeləri ət maşınından keçirin. Yağı otaq temperaturunda yumşaldıb, qatılaşdırılmış süd və şərabla qarışdırın. Əzilən peçenyeləri içərisinə töküb, xəmir halına gətirin. Alınan qarışıqdan balaca parçalar götürüb, kartof formasında düzəldin (üzərinə əzilmiş qoz da tökə bilərsiniz).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
156 184 226 210 178 249

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.