Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Dahilərdən dahi sözlər...

 

Makedoniyalı İsgəndər (e.ə. 356- 323) yol üzərində uzanmış bir xəstəyə rast gəlib yazığı gəlmiş və demiş:

- Nə arzun var, söylə yerinə yetirim!

- Bu milçəklərə de ki, mənə əziyyət verməsinlər!- deyə xəstə istəyini bildirdikdə:

- Elə bir şey istə ki, mənim ona gücüm çatsın,- deyə İsgəndər təəccüblə cavab verir.

- Əgər bu aciz milçəklərə de gücün çatmırsa, daha mən səndən nə gözləyə bilərəm?- deyən xəstə imperatoru utandırmışdır.

 

Bir dilənçi İsgəndərə təsadüf edərkən:

- Qulunuza kiçik bir şey verin!- demiş

- Kiçik şey vermək mənə yaraşmaz.- demiş İsgəndər

- Elə isə böyük bir şey verin!

- O da sənə yaraşmaz.

 

Qədim yunan filosofu sinoplu Diogen (e.ə. 404- 323) günortaçağı əlinde çıraq küçə ilə gedərkən, onu görənlər təəccüblə:

- Günortaçağı çıraqla nə axtarırsan?- soruşmuşlar.

Diogen:

- Adam axtarıram!- demiş.

 

Diogenden soruşmuşlar:

- Naharı hansı saatda etmək məsləhətdir?

- Əgər varlısansa, könlün istəyən saat; yoxsulsansa yemək tapan saat- demiş.

 

Məşhur Roma imperatoru və dövlət xadimi Julio Sezar (e.ə. 49- 44, hakimiyyət illəri) Afrika sahillerinə çıxarkən ayağı büdrəmiş və yıxılmaq istədikdə gülünc vəziyyətdə qalmasın deyə:

- Ah, Afrika, mən səni qucaqlayıram - demişdir.

 

Romanın məşhur siyasi xadimi, istedadlı natiqlərindən olan Tsitseron (e.ə. 106- 43) demişdir:

- Hər insan səhv edə bilər. Ancaq sarsaqdan başqa heç kim öz səhvinde inad edə bilməz.

 

İran şahlarından olan Enuşirevana (531- 579) deyəndə ki:

- Gözün aydın filan düşmənin öldü! O:

- Bu “gözün aydın”, sən ölməyəcəkseə demək deyildir - cavabını vermişdir.

 

Abbasiler sülaləsinin məşhur xəlifələrindən olan Harunəl- Rəşidin (763- 809) yanına birini tutub gətirmişlər ki, bu kişi kafir olmuşdur. Xəlifə deyilenin doğru olub- olmadığını soruşduqda, həmin adam “müsəlmanam” demişdır. Harunəl- Rəşid:

- Aparın bunu o qədər döyün ki, kafir olduğunu boynuna alsın,- deyə əmr etdikdə, adam:

- Ya xəlifə, bir kafir gəlib “müsəlman oldum!” desə, ona xələt verərsiniz, amma mən müsəlmanı döyə-döyə kafir etmək istəyirsiniz!- demişdir.

 

İran ədəbiyyatının böyük şairi Əbdülqasim Firdovsi (934- 1020) “Şahnamə” əsərini yazarkən bir kəlmə də olsun ərəb sözü işlətməyəcəyinə söz verir. Lakin əsər yazıldıqdan sonra orada Rüstem Zalın rəşadətinə “fələk əhsən dedi, mələk mərhaba” misralarına oxuyanlar etiraz edərək:

- “Əhsən” də, “mərhaba” da əəeb sözüdür,- demişlər. Firdovsi:

- Onu mən deməmişəm, Mələklə Fələk deyib!- deyərək özünə bəraət qazandırmışdır.

 

Şərq (İran) ədəbiyyatının görkəmli simalarından olan Şeyx Müsləhəddin Sədi (Sədi Şirazi) (1184- 1291) demişdir:

- Padşahın bağışladığı paltar nə qədər gözəl olsa da, kişinin bez parçadan tikilmiş öz paltarından yaxşı ola bilməz!

 

Nə qədər dil açıb dinməmiş insan,

Hünəri və eybi qalacaq nihan. (gizli)

Gördüyün qaraltı sanmaki daşdır,

Bəlkə qarşındakı yatmış aslandır. “Gülüstan” əserindən.

 (son iki misranın eslinden tercümede iki izahı var)

 

Orta Asiya hökmdarı Teymurləng (1336- 1405) bir gün öz nədimi ilə hamamda çimərkən “bu duruşda mənim vücudum neçəyə dəyər? ”, soruşmuşdur. Nədimı:

- Yüz dinara!- demiş

- Yüz dinar yalnız belimdəki fitənin qiymətidir elə,- Teymurləng etiraz etdikdə, nədim:

- Mən də elə fitəni nəzərdə tuturam,- demişdir.

 

Teymur İranın məşhur şairi şirazlı Hafizin şeirlərini oxuduqdan sonra onu yanına çağırıb demiş:

- Bu qəəer səxavət səndə hardandır ki, menim qızğın müharibələrlə aldığım Səmərqənd ve Buxara kimi şəhərləri bir gözəlin qara xalına bağışlayırsan!...

 

Teymurləng çox eybəcər olduğu üçün heç güzgüyə baxmazmış. Bir dəfə təsadüfən gözü güzgüdə özünə sataşır və çox pərt halda nədiminə:

- Allah bu qədər dövlət, hökmranlıq, şöhrət vermiş mənə ancaq bir gözəlliyi əsirgəmişdir. İnsan baxanda nifrət edir,- demişdir. Nədimi:

- Bir dəfə baxanda pərişan olursuz, mən isə hər gün baxmaq məcburiyyətindəyəm,- demiş.

 

Böyük italyan alimi, astronom Qalileo Qaliley (1564- 1642) Yerin kürə formasında olduğunu və daim fırlandığını sübut etməyə çalışdığı üçün din xadimləri tərəfindən məhkəməyə cəlb olunmuş və öz əqidəsinden dönməsi üçün tövbə etdirilmişdi. Lakin o, məhkəmə zalından çıxarkən demişdir:

- Hər halda o fırlanır!

 

İngilis satirik yazıçısı Conatan Svift (1667- 1745) şəhərdə gəzərkən qarşısına bir nəfər çıxmış və:

- Mən yoldan çəkilib hər bir axmağın qabaqca kəçməsinə yol verə bilmərəm!- dədikdə, yazıçı yoldan çəkilərək:

- Mən isə böyük məmnuniyyətlə verərəm!- demişdir.

 

XVIII əsr fransa burjua maarifçisi, yazıçı Volter (1694- 1778) görüşünə gələnlərin əlindən bezmiş demişdir: “ İlahi, sən məni dostlarımdan xilas et, düşmənlərimlə özüm də bacararam!”

 

Bir qış günü Volter bir şairin evinə gedir. Şair onu soyuq otaqda qarşılayır və özünün uzun-uzadı şeirlərini oxumağa başlayır. Nəhayət:

- Necədir, Şerlərim xoşunuza gəldimi?- soruşduqda Volter deyir:

- Əzizim, əgər sizin şeirlərinizdə daha çox hərarət, ya da ocağınızda sizin şeirleriniz olsaydı biz hər ikimiz qızınardıq!

 

Bir gənc tələbə öz mənasız sualları ile Volteri bezdirib təngə gətirdiyindən yazıçı harada həmin tələbəye rast gələrdisə:

- Salam! Sizin soruşacağınız məsələni mən bilmirəm!- deyib ötərmiş.

 

İran hakimi Kərim xan Zəndə (?-1779) bir tərlan quşu bağışlamışlar. O, bu quşun nə üçün olduğunu soruşduqda, göyərçin və keklik ovlamaq üçün demişlər. Kərim xan yenə soruşmuş:

- Bəs özü nə yeyir?

- Gündə bir quş.

- Onda buraxın getsin, özü tutsun, özü də yesin!- demiş.

 

İranın Qacarlar sülaləsindən olan Ağa Məhəmməd şah Qacar (1789-1797) Azerbaycana hücumu zamanı bir kəndə yaxınlaşır və öz elçisini göndərir ki, qocalar, uşaqlar və qadınlar dəyərli nələri var götürüb kəndi tərk etsinlər. Elçi xəbər verib qayıdır, səhəri gün Qacar qoşunu ilə kəndə daxil olanda bir qocadan başqa kənddə heç kimi tapmır. Qacar:

- Kəndin kişiləri hanı? – deyir.

- Siz qadınlar dəyərli nələri var götürüb çıxsınlar demişsiniz, bizim qadınlar üçün də atadan, qardaşdan, ər və oğuldan başqa dəyərli heç nə yoxdu.

 

Fransanın məşhur diplomatlarından olan Taleyrana (1754- 1838) bir dəfə xəbər verirlər ki, Napaleonun (1769- 1821) oğlu artıq özü yeriyir, hətta qaçmaq da bacarır. Bu hadise Napaleonun Rusiyada meğlubiyyətə uğrayıb geri çekildiyi 1812- ci ilin sonlarına təsadüf edibmiş. Taleyran xəbəri eşidib demişdir:

- Çox qəribə hadisedir ki, ata ilə oğul bir zamanda qaçmaq öyrənirlər.

 

Bir ingilis Ağ Evə gələrək ABŞ prezidenti Avraam Linkolnun (1809- 1865) öz çəkmələrini təmizlədiyini görüncə, təəccüblə soruşur:

- Hörmətli prezident, siz öz çəkmələrinizi təmizləyirsiniz?

- Əlbəttə... yoxsa siz başqalarının çəkməsini təmizləyirsiniz?- deyə ağıllı cavab verir.

 

İnqilabçı demokrat Gertsen əlinde dvoryan nəsillərinin familiyası və gerbləri olan kitab vərəqləyirmiş. Dostları ondan əlindəkinin nə kitabı olduğunu soruşduqda Gertsen:

- Zoologiya!- deyə cavab verir.

 

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundov (1812- 1878) bir gün evə çox gec gəlir. Həyat yoldaşı səbəbini soruşduqda Axundov ərəb əlifbasında nöqtələrin çox olmasına və onların qoyulmasına çox vaxt sərf olunduğuna işarə etmək üçün:

- Pəncşənbənin nöqtələrini qoymağa başım qarışıb vaxtı unutmuşam, - deyir.

 

Fransa yazıçısı Aleksandr Düma (1803- 1870) yeni romanını yazıb qurtarmağa tələsdiyi zaman onun görüşünə gələnlər vaxtını alır, əsəri bitirməyə mane olurdular. Yazıçı bir elan yazıb qapıya vurur:

- “ Mənim yanıma gələnlər haqqımda böyük hörmət göstərirler. Gəlməyənlər isə mənə son dərəcə böyük ləzzət verirlər.”

 

İngilis şairi, dramaturqu və yazıçısı Bernard Şouya (1856- 1950) əyan ailəsinə mənsub çox gözel bir qadın belə bir mektub göndərir: “ Biz evlənəriksə bizdən olan uşaq gözəllikdə mənə, ağılda da sizə oxşamaqla dünyanın ən meşhur insanı ola bilər.”

Şou ise cavabında yazır: “Çox təəssüf ki, arzunuzu yerinə yetirə bilməyəcəyəm. Qorxuram ki, həsrətini çəkdiyiniz uşaq ağılda sizə, gözəllikdə mənə oxşaya!”



Oxşar mövzular:
  • Siz bizim üçün çox qiymətlisiniz..
  • Sizə mane olmuram ki?
  • ::::Hazır Cavablar:::::
  • Boşanmaq istəyirsiniz?
  • Oxu və heyrətlən


  • Gerİ dön


    11 şərh


    • Tesekkurler........

    • --------------------------------------------
      Sən varsansa həyat çox gözəl !



    • LeylusSs
    • Xəbərlər: 24
    • Şərhlər: 418
    • İCQ:

    • ROMAN
    • 13 iyun 2011 18:39
    •  

    • Bir ingilis Ağ Evə gələrək ABŞ prezidenti Avraam Linkolnun (1809- 1865) öz çəkmələrini təmizlədiyini görüncə, təəccüblə soruşur:

      - Hörmətli prezident, siz öz çəkmələrinizi təmizləyirsiniz?

      - Əlbəttə... yoxsa siz başqalarının çəkməsini təmizləyirsiniz?- deyə ağıllı cavab verir.
      Bu cavabi cox xosuma geldi..
      Ela xeberdi xebere gore thanks...


    • Xəbərlər: 0
    • Şərhlər: 0
    • İCQ:


    • twklerrrrrrrr


    • ayka
    • Xəbərlər: 0
    • Şərhlər: 57
    • İCQ:

    • iNEZ
    • 12 iyun 2011 10:57
    •  

    • coooox super
      bele xeberlerin yeri var
      ele sevinerem ki take-de hemise
      bele xebrler yerlesdirile
      lezzet eledi hamsini da qxiracan oxudum

    • --------------------------------------------
      Biz goturmuruk bizden gotururler
      bir otururuk bizden otururler
    • iNEZ
    • Xəbərlər: 21
    • Şərhlər: 1279
    • İCQ:


    • Xebere gore tewekkurler

    • --------------------------------------------

    • Shebnem
    • Xəbərlər: 57
    • Şərhlər: 1749
    • İCQ:

    • LiMa_
    • 11 iyun 2011 18:53
    •  

    • Sitat: LeMan_LM
      Mene cox maraqli geldi sozler....


    • --------------------------------------------
      Uzaqdan sevirəm səni..
      Qoxunu almadan, boynuna sarılmadan, üzünə toxunmadan.. Sadəcə sevirəm.. ♥

    • Fidan
    • Xəbərlər: 84
    • Şərhlər: 1229
    • İCQ:


    • magidonyali isgenderi coxlari dynya tarixinde boyuk serkerde kimi qeleme veribler.magidonyali imperator kimi tanimamsni isteyibler 3 cy 4 cy esirlerde.ancaq magidonyali isgenderin vuruwmagna sebeb torpaglarin ystynde olub .magidonyali isgender isteyib ki, torpagi cox olsun.magidonyali isgender peygember danieli zindana atdirib .ancaq kimiydi daniel peygemberi zindana atan .magidonyali isgender emir verib ki, danieli zindana atin deyibler ki, oldu..o terefden daniel peygembere deyibler ki, vezyet beledi bir muddet cixma ora bura ..kimdi peygemberi zindana atan. ancaq magidonyali isgender bilin ki, bele sergerde olub men deyen kimi wexsiyyet olub.tarix gosterir ve, deyir kimler ne olub nece olublar.ancaq dynya yaranan beri magidonyali isgenderler kimlerni basib ezibler ..cynki, magidonyali isgender neyin namine vuruwubsa bellidi .torpag otry bawqa dovletlerin erazilerni oz erazilerne qowmaqdan otry qaretden otry eyiw iwretden otry..buda sizin magidonyali isgenderniz buda sizin sergerdeniz.

      bilirsiz niye gore daniel peygemberi emir verib isgender atin zindana cynki,magidonyada bir dene o peygember anasin s...b magidonyali isgenderin .sebeb bu olub..daniel peygember hemin vaxtlarda isgendere qarwi cixdi magidonyali isgendere bir nece defe xowlugnan dedi ki, isgender gel qan tokme muharibe etme .makidonyalillari doyuwe cagirma .buda xow gedmedi isgendere .sebebleri deyirem size dynya tarixinden.

      tarix bir vaxtdi sebirle yazilan gynlerdi..
      seyyid zaman...


      tarix bir vaxtdi sebirle yazilan gynlerdi.
      seyyid zaman...


      o vaxtlar isgender gelib daniel gorywne .gorywybler gorywden vaxt magidonyali isgender deyib peygembre ki, menim anami niye ele edmisen .daniel peygember deyib ki, isgender ne edmiwem senin anana .menim senin ananla ne iwim var .daniel peygember bir nece defe xowluqnan deyenden sonra isgenderin allahsiz zatini soyub..isgenderin anasni soyub soyduyu kimi eleyib..isgenderkimleri dunya tarixinde G.......R ...

      tarix bir faktdi sebirle yazilan gynlerdi ...
      imam zaman aga..


      magidonyani idare edenler menden incimesinler .sozym agir gelmesin onlara magidonyali isgender GOT olub dunya tarixinde..GOT IDIYDI ISGENDERNIZ ..

      MEN WEXSEN MAGIDONYALI ISGENDER DEMEZDIM ONA COXLARI MENI BAGIWLASIN TEHQIR DOLU BU IFADEME GORE .MEN DEYIREM GOT ISGENDER ...


    • Eflatun_007
    • Xəbərlər: 0
    • Şərhlər: 500
    • İCQ: 7


    • Böyük italyan alimi, astronom Qalileo Qaliley (1564- 1642) Yerin kürə formasında olduğunu və daim fırlandığını sübut etməyə çalışdığı üçün din xadimləri tərəfindən məhkəməyə cəlb olunmuş və öz əqidəsinden dönməsi üçün tövbə etdirilmişdi. Lakin o, məhkəmə zalından çıxarkən demişdir:

      - Hər halda o fırlanır!



      roll

    • --------------------------------------------
      Bir ERKEK seni mahvetmeye YEMIN ettiyse merak etme, icer ve kendine eder,ama bir KADIN YEMIN ettiyse kesinlikle MAHVEDER..!!

    • Pervane
    • Xəbərlər: 51
    • Şərhlər: 564
    • İCQ:


    • xebere gore twkler

    • --------------------------------------------
      Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.

    • გალო,ლ�?ა
    • Xəbərlər: 173
    • Şərhlər: 4518
    • İCQ:


    • Mene cox maraqli geldi sozler....
      Netice sozleri lap ela idi...
      Ellerine ve emeyine sagliq ezizim))

    • --------------------------------------------
      Təmiz Tutmaq Üçün Savaşmazsan....
      Kirləndi Deyə Şikayət Etmeye Haqqin Yoxdur....

    • LeMaN
    • Xəbərlər: 76
    • Şərhlər: 2159
    • İCQ:


    • Eziyyete gore chox sagol..

    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 148
    • Şərhlər: 8498
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2014    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    dəb

    dəb

    24-09-2014, 20:50

    My STYLE

    My STYLE

    7-09-2014, 19:33

    ^sizcə necədi^

    ^sizcə necədi^

    24-08-2014, 22:50

    INşALLAH BəYəNəRSiZ..

    INşALLAH BəYəNəRSiZ..

    3-09-2014, 21:50

    AdInI SiZ QoYuN *9*

    AdInI SiZ QoYuN *9*

    5-10-2014, 21:50

    Style I Style II Style III