Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


SƏN...

  • Müəllif  Mish Ka

 Yenə "SƏN”i xatırladım bu gecə. Hardan bilə bilərdim ki nə vaxtsa bir gün "SƏN” heç olmamış kimi olacaqsan mənə. Nə bilə bilərdim ki mən səni düşündüyümün əksi olan biri kimi xatırlıyacağam. Heç vaxt belə xatırlayacağımı təsəvvür belə etmədim. Amma buna SƏN özün özünü layiq gördün. Mən sadəcə kənardan bütün bu olanlara şahid oldum. Bir insanı çox sevdiyini düşünərkən onu bu cür xatırlamaq nə demək olduğunu heç təsəvvür etdinmi? Etməzsən bilirəm, çünki sən məni "MƏN” olaraq sevmədinki. Hər zaman hər şey sənə adi gəldi. Heç bir şeyi ciddiyə almadınki. İndi isə səndən nəyisə təsəvvür etməyini istəməyim yersizdi. Amma nədənsə səni xatırladığımda heç də pis olmadım. Biraz özümə hirsləndim "mənə nə olub səni, yoxluğunu bilə-bilə düşündüyümdə heç kədərlənmədim” deyə. Elə bil mən o mən deyildim sənə "sənsiz yaşamaq mənə yaşamaq deyil” deyən. Sənlə dalaşdığımızda belə gecələr gözünə yuxu getməyən, gecələrin sakit, səssiz qaranlığında ağlayan, Sən olmasan belə başkasını sevə bilməyəcəyimi düşünən mən deyildimmi?

 

~~~~~


Hmmm...Belə...Artıq "SƏN”i düşündüyümdə heçdə kədərlənmirəm. Məni yandıra bilmirsən artıq. Ağlada bilmirsən. "Sənin sevgin yalan imiş” deyə bilərsən. Amma bunu heç vaxt deyə bilməzsən əzizim. Çünki mən səni bütün varlığımla, heç bir qarşılıq, heç bir təmənna gözləmədən, bütün həyatımı , illərimi sənə həsr edəcək qədər sevdim. Amma sən sevgimin gücündən, odundan, alovundan qorxdun. Məni tək qoyub getdiyində belə sənə "getmə” demədim. İçimdə də olsa getmə demədim arxanca. Məni MƏN yandırdım SƏN deyil. Heç də peşman deyiləm. Adam kimi sevdim, adam kimi də acımı daşımağa hazıram. Bəlkə də nə vaxtsa bunları oxusan özündən asılı olmasa da ağlayacaqsan bilirəm. Amma artıq mən ağlamıram. İndi növbə səndədi. Mən öz növbəmi çoxdan keçdim. Ürəyimdən birdəfəlik sildim səni. Təzədən sevəcəm, təzədən aşiq olacam. Ağlasam da yeni eşqlərim üçün ağlayacam...

 



Oxşar mövzular:
  • Statuslar
  • SEVGI HEKAYƏSI
  • Amma heç bir şey səni sevmək kimi deyil
  • Bilirsən SƏN nə deməkdir? Sevgi Bilirsən SƏN nə deməkdir?
  • Dönməyəcəm demişdin...


  • Gerİ dön


    6 şərh


    • Hmmm...Belə...Artıq "SƏN”i düşündüyümdə heçdə kədərlənmirəm. Məni yandıra bilmirsən artıq. Ağlada bilmirsən.
      Çünki mən səni bütün varlığımla, heç bir qarşılıq, heç bir təmənna gözləmədən, bütün həyatımı , illərimi sənə həsr edəcək qədər sevdim.

      gozel yazi idi twkler.


    • G.U
    • Xəbərlər: 33
    • Şərhlər: 1227
    • İCQ:


    • beyendim maraqli ve gozel yazi idi tewekurler


    • AYNUR
    • Xəbərlər: 27
    • Şərhlər: 2329
    • İCQ:


    • Teshekkur..

    • --------------------------------------------
      - Se√gi ??
      ♡Allah♡ &Deyiв SuSuяам
    • .. :)
    • Xəbərlər: 64
    • Şərhlər: 574
    • İCQ:


    • ...zaman deyiwib her 2mizi...cox cehetden..men ayri insani sevmiwdim...men bawqasinda o oz sevgimi gormuwdum...ama indi qarwimda olan insan...o sen deyilsen..cox deyiwmisen..yada hemiwe bele olmusan men tanimamiwam..bilmiremki...senin heyatinda kim olmuwam..yada en azindan olmuwammi....bu sual hemiwe meni maraqlandirib..eger men senin ucun bu qeder deyersiz biri olmuwamsa,tam mataqsiz,lazimsiz biri idimse,,,nie meni qaytarmaga caliwdigini demisen..?.senin heyatinda cox insan var..men olsam olmasamda senin cun bir ferqi yoxdu..ona gore bele fikirlerdense heyatimda olmadigini bilmek daha yaxwi olar...ama bilki men duzelmiwem....bacardim...sensiz yawamaga...belkede yerin gorunurdu...ama yawaya bildim..yene xowbext olacam...hecneye baxmayaraq..sensiz....daha incidilmek isdemirem..yorgunam..bezginem...daha artiq yuk lazim deyil..bilerem yene deyeceksen gunahin hamisi mendedi..eyer bele rahat olacaqsansa eybi yox qoy gunah mene qalsin...qoy vefasiz olan men olum.hecne olmaz..cunki sen icinde esl heqiqeti bilirsen..bu bes edir mene..yene uzun uzadi yazdim.saxlaya bilmedim ozumu..ne deyim...cox xowbext ol..
      tewekur xebere gore...heqiqeten beyendim... 11


    • ALICE
    • Xəbərlər: 0
    • Şərhlər: 30
    • İCQ:


    • twkler oxudum goturdum halal edin


    • GuLciK
    • Xəbərlər: 33
    • Şərhlər: 691
    • İCQ:


    • Bir meslehet ozunuzden basqa hec kimi cox sevmeyin, ozunuzu sevin onda sizi daha cox sevecekler ( ozumden deyirem ) inaninki indiki yasadiimiz zamnda bu beledi onda daha deyerli olursan ve heyatin daha gozel olur, qemsiz-kedersiz. Heyatinizi ozunuze serf edin birde aile qurun bu mutleq gerekdir her bir insana


    • Deniz
    • Xəbərlər: 2
    • Şərhlər: 2846
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829