Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bürclər xanımlar üçün ♡

  • Müəllif  Smira
 

 

Bürclər xanımlar üçün ♡

 

Qoç bürcü: Bu bürcün qadınları dürüst, enerjili və dalaşqan olurlar. Çox vaxt yüksək səslə danışırlar. Mənfi tərəfləri ancaq qısqanc və kinli olmasıdır. Hər kəsin onu tərifləməsini istəyir. Onun yanında başqalarını təriflədikdə buna acığı tutur. Bundan başqa, Qoç qadınları evdarlığı yaxşı bacarırlar.

Buğa bürcü: Bu bürcün sahibləri səbirli, ərinin sözünü dinləyən olur. Buğa bürcünün qadınları incəsənət sahəsində daha iddialı olurlar. İnsanlarla səmimi və mehriban davranırlar və ətrafdakılardan da eyni şeyi gözləyirlər. Evini təmiz və səliqəli saxlamaq onun üçün vacib şərtlərdən biridir. Sevdiyi insana olduqca bağlı olur. Buğa bürcünün qadınları nadir hallarda boşanırlar. İnsanlarla yaxşı yola gedə bilirlər.

Əkizlər bürcü: Bu bürcün qadınları tez zamanda dostluq qururlar. Lakin dostluqları uzun müddət davam etdirə bilmirlər. Xarici görünüşlərində tez-tez dəyişiklik etməyi və evin dekorasiyasını tez-tez dəyişdirməyi sevirlər. Gözəl ailə sahibi də olmağı bacarırlar. Ağıllı və savadlı kişi ilə ailə qurmaq istəyər və bundan böyük zövq duyarlar. Gizli eşq məcaraları onları cəzb edir.

Xərçəng bürcü: Bu bürcün qadınları ərlərinə olduqca sadiq olurlar. Xərçəng bürcünün qadınlarının fikrini dəyişmək mümkün deyil. Bundan əlavə, çox savadlı, yüksək intellekt sahibi və gözəl ana olurlar. Ərinə yardım edər və onun hər bir işini dəstəkləyər. Ərinin günahlarını bağışlayırlar. Heç vaxt kiməsə öz fikirləri ilə təzyiq göstərməzlər.

Şir bürcü: Bu bürcdən olan qadınlar çox cəsarətli olurlar. Müzakirə və mübahisə etməyi sevsə də, sevimlidirlər. Mübarizkar və iddialıdır. Evi idarə etməyi bacarırlar. Qəribə olsa da, dünyanı öz qayda-qanunlarına uyğunlaşdırmağa çalışırlar. Heç vaxt etdiyi yaxşılıqların əvəzini gözləməzlər. Sevdiyi insanı həmişə nəzarətdə saxlamaq istəyir. Bacarıqlı və rəhbər qadın olmağı qarşısına məqsəd qoyurlar.

Qız bürcü: Bu bürcün qadınlarının gözündən sevgi işıq saçır və aydın şəkildə hiss olunur. Dürüst və təmiz qəlbli insandır. Çəkingən olduğu üçün sevgisini çox zaman ərinə açıqlaya bilmir. Başqalarına kömək etməyi, gəzib-əylənməyi sevir. Hər şeyi şişirtməyi sevdikləri üçün xırdaçılığa varırlar.

Tərəzi bürcü: Bu bürcün qadınları erkən yaşlarda evlənirlər. Müdrik və nəzakətli xanım olurlar. Sevgi münasibətlərində xüsusi bacarığa malikdirlər. Bundan əlavə, rahatlığı, bahalı geyimləri və gözəl yaşamağı sevirlər. Əri xəyanət etsə də, boşanmağı qətiyyən düşünmürlər.

Əqrəb bürcü: Sevdiyi insana göstərdiyi qayğı və nəvazişin qarşılığını gözləyirlər. Hünərli və qərarlı qadın olurlar. Davranışlarını hər zaman nəzarət altında saxlayır və qüsurlarını gizlətməyə və düzəltməyə çalışırlar. Çox çalışqan və sakit olurlar. Lakin qəflətən sükutu pozub fırtına yarada bilirlər. Əsəbiləşən zaman özlərini idarə edə bilmirlər. Hökm verməyi sevir və başqalarının onları idarə etməyinə heç vaxt icazə vermirlər. İnsanlardan göstərdiyi rəftarın qarşılığını gözləyirlər. Evlərini çox gözəl dekorasiya etməyi bacarırlar. Özlərini və ətrafdakıları sevindirməyi yaxşı bacarırlar.

Oxatan bürcü: Bu qadınlar onlara əmr verənlərlə mübahisə edir və bu kimi davranışları qətiyyən xoşlamırlar. Yaxşı ev qadını və ana olmağı bacarırlar. Sakit, ağıllı, bacarıqlı və istiqanlı insandırlar. Başqalarının işlərinə burun soxmurlar.

Oğlaq bürcü: Bu qadınlar qarşılarına çıxan əngəllərə baxmayaraq, istədiklərini əldə bilirlər. Çalışqan və əzmlidirlər. Şöhrətpərəst və pula hərisli insan olurlar. Erkən evlilik həyatına və dünyaya çox uşaq gətirməyin əleyhinədirlər. İşinə bağlı insanlardır. Dostları çox az olur və sevgiyə o qədər də inamlı olmurlar.

Dolça bürcü: Bu bürcün qadınları adət-ənənələrə sadiq deyillər. Ərindən bezərsə, çox rahatlıqla boşanıb başqasını tapa bilər. Xeyirxah və nəzakətli davranmağı sevirlər. Xəstəliklərə qarşı çox zəif olur. Bu bürcün qadınları çox sosial olur və göstərişi sevirlər. Özünə uyğun insanlarla münasibət qurmağa çalışırlar. Bəzən çox mənasız davransa da, insanların onu başa düşməsini və bağışlamasını tələb edir.

Balıq bürcü: Balıq bürcünün qadınları ərində ağıl, yaraşıq, savad və xarizma axtarır. Olduqca qısqanc və ərinə düşkün qadın olurlar. Həmçinin həyat yoldaşının sözündən çıxmazlar. Ərinə və uşaqlarına qarşı fədakar olur və insanlara qarşı xeyirxah davranmağı sevir. Bəzən çox tərs xarakterlərini nümayiş etdirirlər. Romantikliyi ilə digər bürclərdən çox seçilirlər.


Oxşar mövzular:
  • Oxatan bürcü və xüsusiyyətləri
  • Ən paxıl və qısqanc bürc..
  • Hansı bürcün kişiləri qısqanc olur?
  • (Qadınların dodaqları nədən xəbər verir?
  • Bürclərə görə Kişi və Qadın


  • Gerİ dön


    10 şərh

    • :)))
    • 13 fevral 2015 05:40
    •  

    • mende eqrebem hele bele oxusamda meni anladır

    • --------------------------------------------
      #selfie
    • adim lazim deyil size
    • Xəbərlər: 72
    • Şərhlər: 898
    • İCQ:


    • Eqreb)) çoxu düzdü

    • --------------------------------------------
      Bir Kez Kaçar Uçurtması,, Sonra Gökyüzüne Küser İnsan..(

    • Uzayli
    • Xəbərlər: 12
    • Şərhlər: 399
    • İCQ:

    • Burbry
    • 12 fevral 2015 12:23
    •  

    • Burclere inanmiram cunki bir burcden olan muxtelif xarakterli insanlar olur yalniz arada tesaduf edirki bu qeyd olunanlarin uyugunlugu olur. Mes: bu gunku qeyd olunanlar meni tam anlatdi


    • Deniz
    • Xəbərlər: 2
    • Şərhlər: 2846
    • İCQ:


    • Oğlaq bürcü: Bu qadınlar qarşılarına çıxan əngəllərə baxmayaraq, istədiklərini əldə bilirlər. Çalışqan və əzmlidirlər. Şöhrətpərəst və pula hərisli insan olurlar. Erkən evlilik həyatına və dünyaya çox uşaq gətirməyin əleyhinədirlər. İşinə bağlı insanlardır. Dostları çox az olur və sevgiyə o qədər də inamlı olmurlar.

    • --------------------------------------------
      Ətafım geniş olsada üreyim bir nəfərliydi...
    • Ehli Beyt Asiqi
    • Xəbərlər: 20
    • Şərhlər: 1623
    • İCQ:


    • Əkizlər bürcü: Bu bürcün qadınları tez zamanda dostluq qururlar. Lakin dostluqları uzun müddət davam etdirə bilmirlər. Xarici görünüşlərində tez-tez dəyişiklik etməyi və evin dekorasiyasını tez-tez dəyişdirməyi sevirlər. Gözəl ailə sahibi də olmağı bacarırlar. Ağıllı və savadlı kişi ilə ailə qurmaq istəyər və bundan böyük zövq duyarlar. Gizli eşq məcaraları onları cəzb edir

    • --------------------------------------------

    • Xəbərlər: 270
    • Şərhlər: 3252
    • İCQ:


    • Qoç bürcü: Bu bürcün qadınları dürüst,
      enerjili və dalaşqan olurlar. Çox vaxt
      yüksək səslə danışırlar. Mənfi tərəfləri
      ancaq qısqanc və kinli olmasıdır. Hər
      kəsin onu tərifləməsini istəyir. Onun
      yanında başqalarını təriflədikdə buna
      acığı tutur. Bundan başqa, Qoç
      qadınları evdarlığı yaxşı bacarırlar.

      Menede daima sebirsiz inadkar deyirler birdeki kinliyem birinden kusdumse bariwmaqi bacarmiram. Amma eqoist deyilem o sehvdi meni terifledikleri yerde durmuram


    • Xəbərlər: 0
    • Şərhlər: 28
    • İCQ:

    • yumor
    • 11 fevral 2015 18:33
    •  

    • əqreb burcu _evlerini cox gozel dekorasiya etmeyi bacarillar. ozlerini ve etrafindakilari sevdirmeyi yaxüi bacarillar. bunlar sefdi uje 32

      42 men bulari bacarmiram

      Sitat: google
      Men girinc qalmiwamda 59 bilmirem "qiz" burcuyem ya "terezi" iksinide oxudum,terezi burcunde sonda yazilanlar qetiyyen mene aid deyil.men bilsemki mene xeyanet edir yawamaram hemin wexsle Allah elemesin..qiz burcu ise uygun geldi tewekkurler..


      can aşkim eleme bele sen hec birine inanma men inanmiram mirta oxuyuram boş ver 11 aşkim

    • --------------------------------------------

    • Xəbərlər: 7
    • Şərhlər: 637
    • İCQ:


    • Əkizlər- bürcü eyni mən

    • --------------------------------------------
      Ne QeRiBe SeYDiR Bu XoSBeXTLiK! GeTDiMI GeDeR, CaGiRSaN Da GeLMeZ, GeLSe De QaLMaZ, QaLSa BeLe BeS eTMeZ. (SuNaY aKiN)
    • irana
    • Xəbərlər: 30
    • Şərhlər: 556
    • İCQ:


    • Tərəzi bürcü: Bu bürcün qadınları erkən yaşlarda evlənirlər. Müdrik və nəzakətli xanım olurlar. Sevgi münasibətlərində xüsusi bacarığa malikdirlər. Bundan əlavə, rahatlığı, bahalı geyimləri və gözəl yaşamağı sevirlər. Əri xəyanət etsə də, boşanmağı qətiyyən düşünmürlər.

      hamisi duzdur. bosanmaram amma oldurerem yoldasim meni basqasi ile deyise bilmez men bir deneyem ve menden yoxdur ondene olanlarla deyisile bilmerem

    • --------------------------------------------
      hec vaxt ozunu basqalarindan ustun tutma!!! unutmaki aftafa qizildanda olsa yeri tualetdir!!!
    • Raqsana
    • Xəbərlər: 159
    • Şərhlər: 3633
    • İCQ:

    • google
    • 11 fevral 2015 16:55
    •  

    • Men girinc qalmiwamda 59 bilmirem "qiz" burcuyem ya "terezi" iksinide oxudum,terezi burcunde sonda yazilanlar qetiyyen mene aid deyil.men bilsemki mene xeyanet edir yawamaram hemin wexsle Allah elemesin..qiz burcu ise uygun geldi tewekkurler..

    • --------------------------------------------
      FikirleriM AzadliQ... HeyatiM Bo$,,, XeyallariM ArzulaR,,, HeyatiM MenasiZ... EmelleriM GunaH... SoZleriM SetiR Alti..
    • Xəbərlər: 236
    • Şərhlər: 3353
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III