Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Ünvanlı sosial yardımın verilməsində yeni mərhələyə qədəm qoyulur

  • Müəllif  Asef

 

Yoxsullara sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün kiçik qrantlar verilməsi də təklif edilir
Artıq xeyli vaxtdır maddi imkanları zəif olan ailələr üçün ünvanlı sosial yardımlar verilir. Əvvəllər vətəndaş bu yardımdan faydalanmasının bir ili tamam olanda yenidən yardım üçün müraciət edib müvafiq sənədləri təqdim etməliydi. Artıq yardımın verilməsi müddəti uzadılıb. Belə ki, Prezident İlham Əliyev "Ünvanlı dövlət sosial yardımı haqqında” qanununda dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb. Dəyişikliyə əsasən, sosial yardım alan vətəndaşlar əvvəllər bir ilin tamamında yenidən müraciət etməliydilərsə, bu müddət iki ilədək uzadıldı. 

Sosioloq Cavid İmamoğlu qəzetimizə açıqlamasında bildirdi ki, bu yardım ailələrə edilən maddi dəstəkdir və müraciət müddətinin 2 ilə qədər uzadılması müsbət haldır. Ancaq sosial iş müdaxiləsi olmazsa, sosial perspektivdən maddi yardımın davamlı olması vətəndaşlarda asılılıq yarada bilər: "Ünvanlı sosial yardımdan faydalanan vətəndaşlar hər bir halda məmnundurlar. Bir ailənin ünvanlı sosial yardım proqramından faydalanması həmin ailənin yoxsulluqdan rifaha doğru hərəkət etməsi üçün kifayət qədər şərait yaradılması deməkdir. Təbii ki, ailə prosesdə maddi dəstəkdən əlavə, sosial dəstək görməzsə, o zaman bu pul onun həyatını yalnız 2 il müddətində stabil saxlayacaq. Pul bitdikdən sonra ailə yenidən yoxsulluq həyatını davam edəcək. Buna görə də ünvanlı sosial yardım ailəyə dəstək xidməti ilə birlikdə müşahidə olunmalıdır. Ailələrə yardım ayrılarkən onların inkişaf planları tutulmalı və izlənilməlidir. Ailə tək maddi yox, sosial müdafiə və dəstəyi hiss etməlidir. Belə olan halda ailənin yoxsulluqdan çıxması üçün şərait yaradılacaq. Ailə iqtisadi bacarıq əldə etdikcə iş imkanları və maddi vəziyyətin stabilləşməsi üçün şərait yaradılacaq”.

Sosioloqun sözlərinə görə, ötən illərin təcrübəsinə əsasən, ünvanlı sosial yardımdan faydalanan ailələrin iqtisadi həyatında dəyişiklik olmadığı üçün onlar risk qrupundan çıxa bilməyiblər: "Belə olan halda, yanaşma sosial iş müdaxilə sisteminə uyğun aparılmalıdır. Buna görə də bu prosesə QHT sektorunun nəzarəti və cəlb edilməsi qaçılmazdır”.

İqtisadçı alim Vüqar Bayramov isə bildirdi ki, müddətin iki ilədək uzadılması bu yardımı alanlar üçün ilk öncə sosial baxımdan əhəmiyyətlidir. Eyni zamanda bu addım vaxta qənaət cəhətdən də yüksək qiymətləndirilməlidir: "Ünvanlı sosial yardım təyin edilən zaman şəxs bir deyil, iki il müddətində həmin yardımı alacaq. Təbii ki, bu ailənin öz büdcəsini, ona uyğun gəlirlərini proqnozlaşdırmaq baxımından əhəmiyyətlidir. Bu, ünvanlı sosial yardım alanların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edən addımdır. Vətəndaş bir ilin tamamında həmin proseduraları keçməyəcək, əlavə zaman tələb olunmayacaq, həmin sənədləri yenidən yığmayacaq. Eyni zamanda müddətin iki ilədək uzadılması vətəndaşların yardım almaq üçün keçdiyi prosedurların sayının azaldılması deməkdir. Ünvanlı sosial yardım alanların vaxta qənaət etməsi, eyni zamanda onların bürokratik əngəllərlə hər hansı yollarla incidilməsinə yol verməyəcək. Bu həm də ünvanlı sosial yardım proqramının təkmilləşməsindən xəbər verir. Azərbaycan ünvanlı sosial yardımın verilməsində yeni mərhələyə qədəm qoyur. Bu vətəndaşın sosial müdafiəsinin təmin edilməsi, onların bürokratik əngəllərlə qarşılaşmadan, daha az proseduradan keçməklə və daha az zaman sərf etməklə, uzun müddətli dövr üçün ünvanlı sosial yardımdan istifadə etməsi deməkdir”.

İqtisadçı deyir ki, ünvanlı sosial yardım alanların sayında olan azalmaların isə müxtəlif səbəbləri var: "Bəzi hallarda xüsusilə əvvəlki illərdə ünvanlı sosial yardım alanlarla bağlı bəzi qanunsuzluqlara yol verilirdi. Yardımı almaq hüququ olmayan şəxslər belə bu xidmətdən istifadə edə biliblər. Hüququ olmasa da, bu xidmətdən yararlananların sayında azalmalar var. Eyni zamanda, yoxsulluq səviyyəsi aşağı düşüb, vətəndaşların gəlir səviyyəsi qalxdıqca ünvanlı sosial yardıma tələbat azalır. Ölkə vətəndaşlarının gəlirləri artdıqca ünvanlı sosial yardım alanların sayı azalır. Bu da bütövlükdə ümumi sayın azalmasına gətirib çıxarır”.

V.Bayramov onu da bildirdi ki, ünvanlı sosial yardım proqramı çərçivəsində birbaşa yardım deyil, müəyyən müddətdən sonra vətəndaşa hansısa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün kiçik qrantlar verilməsi daha yaxşı olar: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1000-5000 arası olan qrantlar verilə bilər. Bu qrantlar sosial yardım alan ailənin öz biznesini qurmağına imkan verəcək. Bununla kənd təsərrüfatı ilə bağlı və ya digər xidmət sektorlarında işin qurulması mümkündür. Bu da ailənin gəlirlərinin artmasına və ünvanlı sosial yardıma ehtiyacı olanların sayının azalmasına gətirib çıxarar. Sosial yardım alan ailələr öz biznesləri hesabına orta təbəqə subyektinə çevrilə bilər”.


Oxşar mövzular:
  • Yeni dieta: bu, arıqlamaq üçün deyil
  • Yeni dieta: bu, arıqlamaq üçün deyil
  • “Instagram” sosial xidmətinin auditoriyası 200 milyonu ötüb
  • Namaz qılan insan sosial şəbəkələrə girə bilərmi?
  • Ölülər üçün sosial şəbəkə yaradıldı


  • Gerİ dön


    1 şərh

    • google
    • 20 mart 2015 10:19
    •  

    • tewekkurler.

    • --------------------------------------------
      FikirleriM AzadliQ... HeyatiM Bo$,,, XeyallariM ArzulaR,,, HeyatiM MenasiZ... EmelleriM GunaH... SoZleriM SetiR Alti..
    • Xəbərlər: 236
    • Şərhlər: 3353
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    Nunu001
           2003
    Şərhləri: 1
     
    attention
           Нет
    Şərhləri: 1
     
    Sanar
           Нет
    Şərhləri: 1
     
    AlbertoKM
           378254161
    Şərhləri: 1
     
    Sarı mələk
           Нет
    Şərhləri: 1
     
    «     Mart 2020    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031