Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Mətbəx sirləri: Balıq və toyuq ləvəngisi

  • Müəllif  Asef

 


 

Take.Az Kəpəz televiziyasına (Region TV) istinadən Lənkəran bölgəsinin ən gözəl təamlarının hazırlanma qaydasını təqdim edir.

Balıq ləvəngisi

 

Tərkibi: 

1 iri kütüm 
1 iri baş soğan 
300 q qoz ləpəsi 
1 ç.q. zəncəfil 
2 x. q. palçıq turşusu 
istiot və duz.

Balığın pulcuqlarını təmizləyin, içalatını çıxarın. Balığı yuyub yaxşıca qurulayın. İçini və üstünü duzlayıb istiotlayın. 

Ləvəngi içini hazırlayın. Soğanı ət maşınından keçirin. Tənzifə qoyun və suyunu yaxşıca sıxın. Qozu da maşından keçirin. Bir qabda soğanı, qozu, zəncəfili, palçıq turşusunu və zövqə görə duz-istiotu qarışdırın. 

İçi balığa doldurub tikin. Ya sobada, ya da təndirdə bişirin.

Toyuq ləvəngisi

 

Tərkibi: 

1 toyuq 
3 baş soğan 
1,5 st. qoz ləpəsi 
3 x.q. alça turşusu 
duz, istiot 

Soğanı ət maşınından keçirin. Təmiz parçaya soğanı töküb sıxıb, acı suyunu çıxarın. Qozu qozçəkən maşından keçirin. Soğanla qozu qarışdırın. Kütləyə duz, istiot və turşunu əlavə edib yaxşı qarışdırın. Duz və istiotu zövqə görə götürün. Toyuğun üstünə, içini duz, istiot və turşu çəkin. Hazır içliyi toyuğun içinə yığın. Toyuğun ayaqlarını çəpinə bir-birinə keçirdin. Aralı qalıb içlik axmasın deyə sap ilə qalan yerləri tikin. Tavaya yağ töküb, toyuğu qoyun. 150 dərəcə qızdırılmış sobada tam bişənə qədər qızardın. Hazır ləvəngini şəraitə görə təndirdə də bişirmək olar.


Oxşar mövzular:
  • Qaraciyər "pirojnaları"
  • "Kartof tayası"
  • Toyuq əti və göbələklə düyü zapekankası
  • Qiyməli Pide...
  • Toyuq salatının hazırlanması


  • Gerİ dön


    2 şərh


    • Taliw metbexinin vazkecilmez dadi levengi)Cox sevirem toyug levengisini ama baligi yox.Anam biwirsede ozum hec vaxt hazirlamamiwam.Cox sagolun.

    • --------------------------------------------
      Bəlkə aradan aylar,
      Bəlkə də illər keçəcək
      Amma gələcəm bir gün ağlına
      Bəlkə səhərin 7'sin də
      Bəlkə də gecənin 12'sin də
      Amma illah ki gələcəm
      Bax,tam da ağlına gəldiyim zaman hər şey üçün çox gec olmuş olacağ...

    • ♥♥♥
    • Xəbərlər: 206
    • Şərhlər: 1500
    • İCQ:


    • bilirem ve edirem cox saq olun

    • --------------------------------------------

    • Xəbərlər: 270
    • Şərhlər: 3252
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930