Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Paytaxtın torpaq və kirayə bazarında vəziyyət necədir?

  • Müəllif  Asef

 

2015-ci ilin fevral ayında Bakının torpaq bazarında qiymətlər ötən ilin analoji dövrü ilə müqayisədə 5,15 faiz artıb. Bunu Trend-ə "MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, 2015-ci ilin yanvar ayında torpaq sahələrinin qiymətində artım cəmi 0,6 faiz olub: "Bakıda mənzil bazarında qiymətlər çox yüksəkdir, buna görə də bir çoxlarının paytaxtda mənzil almağa imkanı çatmır. Son iki il ərzində əksər potensial alıcılar birinci və ikinci mənzil bazarından torpaq bazarına keçiblər”.

Şirkət rəhbərinin fikrincə, kiçik torpaq sahəsi alaraq 60-70 min manata bir və ya ikimərtəbəli ev tikmək mənzil üçün böyük məbləğ ödəməkdən daha sərfəlidir: "Mənzil alarkən birbaşa pul ödəmək lazım gəlir. Amma 10 min manata kiçik torpaq sahəsi almaq və iki-üç il ərzində orada ev tikmək mümkündür. Bir çoxuna bu variant daha münasibdir”.

N.İbrahimov bildirib ki, mənzillərin kirayəsi bazarındakı vəziyyət tamam başqa cürdür – yanvar ayında mənzil kirayəsi üzrə orta qiymət 4,5 faiz aşağı düşüb: "Yanvar ayında kirayə qiyməti 1,5 faiz qalxsa da, fevral ayında 2014-cü ilin analoji dövrü ilə müqayisədə 4,5 faiz ucuzlaşma müşahidə olundu. Məsələ ondadır ki, ilin ilk üç ayı kirayə bazarında mövsümi aylar deyil. Bu bazarda canlanma yay mövsümünün sonunda, sentyabr-oktyabr aylarında olacaq”.


Oxşar mövzular:
  • Azərbaycan tikinti materiallarının istehsalını artırıb
  • Azərbaycanın son demoqrafik vəziyyəti açıqlandı
  • Təhlükəsiz qurğular bazarı böyüdü
  • Apple-ə maraq yüksəkdir
  • Braziliya ödənişli TV bazarının lideridir


  • Gerİ dön


    1 şərh


    • Xəbərə görə təşəkkürlər

    • --------------------------------------------
      Ən acı verən şey onu başqasıyla gördükdən sonra hələ də sevməyə davam etməkdir
    • TəRaNə♥
    • Xəbərlər: 0
    • Şərhlər: 624
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    syspneti1982
           Нет
    Şərhləri: 1
     
    Martinkag
           226685615
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    «     Sentyabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Style I Style II Style III