Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Ana cəsarəti yırtıcını qorxutdu

  • Müəllif  Asef

 

Övladını qorumaq, mühafizə etmək istəyən ana ölümə meydan oxuyar. Bu, həmişə belə olub və belə də olasıdır.
Hindistandakı orta yaşlı ana da övladını amansız yırtıcıdan qurtarmaq üçün özünü ölümə atıb. Ölümdən qorxmayan, həyatını övladına qurban verməyə hazır ananın cəsarəti qarşısında yırtıcı geri çəkilib.
 
Take.Az AsiaOne-a istinadən bildirir ki, olay Hindistanın qərbində, Vadodara şəhərindən 40 km aralıdakı Vişvamitri çayının sahilində yaşanıb.
58 yaşlı Divalinen Vankar 19 yaşlı qızı Kanta ilə birlikdə həmişə olduğu təki, paltar yumağa getmişdi.
Ana və bala paltar yuyarkən çaydakı nəhəng, uzunluğu 5,8 metrə çatan timsah Kantaya yaxınlaşıb. Yırtıcı qəflətən Kantanın sağ ayağını dişləyərək qızı suya çəkməyə başlayıb, parçalamağa hazırlaşıb.
 
Divalinen qızının qollarından tutub dartmağa, onu timsahın cəngindən qurtarmağa çalışsa da, çifayda. Çəlimsiz qadın ağırlığı 1 tona yaxın timsahın öhdəsindən gələ bilərdimi?
 
Gəldi. Divalinen paltar yuyarkən istifadə etdiyi balaca taxta parçasını götürərək timsahın başına vurmağa başlayıb. Timsah Kantanı buraxaraq anaya hücum çəkib, amma Divalinen geri çəkilməyib. Timsah qadını tutmağa çalışsa da, Divalinen çevik tərpənirdi.
10 dəqiqəlik bu "qaçdı-tutdu"dan bezən timsah sonucda çaya qayıdıb.
 
"Timsahın qızımın ayağına dişlərini keçirdiyini görəndə Kantanı dartıb yırtıcıdan qurtarmağa çalışdım. Amma timsah çox ağırdı. Anladım ki, timsah qızımı suya çəkib batıracaq, sonra parçalayıb yeyəcək. Qızım ağlayır, qışqırır, mənsə timsahı vururdum. Yırtıcı axırda qızımdan əl çəkdi, məni parçalamaq istədi. Alınmadı və timsah çaya qayıtdı", - 3 övlad anası Divalinen Vankar deyib.
 
Timsahlar ötən il Vadodara yaxınlığında 6 yerli sakini parçalayıblar. Vişvamitri çayında 200-dən artıq timsah var.


Oxşar mövzular:
  • statuslar
  • "Mənim lənətlənmiş dünyam" kitabından parça...
  • Hər göz yaşı ağlamaq deyildir!
  • BİLMEDİKLERİMİZ VE YA............(2)
  • Pişik Böyük Cəsarət Göstərdi


  • Gerİ dön


    3 şərh


    • Allah bütün Anaları və Ataları qorusun.Amin.İnşallah.

      Xəbər üçün təşəkkür

    • --------------------------------------------
      Ən acı verən şey onu başqasıyla gördükdən sonra hələ də sevməyə davam etməkdir
    • TəRaNə♥
    • Xəbərlər: 0
    • Şərhlər: 624
    • İCQ:


    • Allahım özün valideynlerimizi qoru. AMIN INŞALLAH.tewekkurler xebercun

    • --------------------------------------------
      Все заканчивается. И жизнь. И молодость. И богатство.
      Остаются лишь добрые дела.
    • ♡ ALLAH ♡
    • Xəbərlər: 207
    • Şərhlər: 1402
    • İCQ:

    • google
    • 8 aprel 2015 12:54
    •  

    • Ana Allahin bizie bu dunyadaki bexw etdiyi mellekdi.Allah onlari qorusun.upuzun omur versin.AMiN

    • --------------------------------------------
      FikirleriM AzadliQ... HeyatiM Bo$,,, XeyallariM ArzulaR,,, HeyatiM MenasiZ... EmelleriM GunaH... SoZleriM SetiR Alti..
    • Xəbərlər: 236
    • Şərhlər: 3353
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    sweet_ciciwka
           5555
    Şərhləri: 59
     
    boreç
           Нет
    Şərhləri: 11
     
    Zaur Ustac
           Нет
    Şərhləri: 9
     
    Mən_sə
           Нет
    Şərhləri: 9
     
    Allah bendesinin biriyem
           Нет
    Şərhləri: 5
     
    alexandra
           Нет
    Şərhləri: 4
     
    Romantik-couple
           Нет
    Şərhləri: 4
     
    Boreç_girl
           Нет
    Şərhləri: 3
     
    MOCUM
           Нет
    Şərhləri: 3
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 3
     
    «     Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031