Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Apple kompüterlərinin satışı artır

  • Müəllif  Asef

 

ABŞ-da fərdi kompüterlərin tədarük həcminin azalmasına baxmayaraq Apple şirkəti öz mövqeyini qorumaqla yanaşı, daim satışı artırmaqda davam edir.
 
Take.Az ICTnews-a istinadən bildirir ki, bu barədə Gartner analitik şirkətinin məlumatında deyilir. Şirkətin hesablamasına görə, cari ilin birinci rübündə ABŞ istehsalçısı 1,7 milyon fərdi kompüter tədarük edib, halbuki 2014-cü ilin analoji dövründə bu göstərici 1,5 milyon qurğuya bərabər olub. Eyni zamanda 2015-ci ilin birinci rübündə ABŞ-da fərdi kompüterlərin ümumi tədarükü 2014-cü ilin birinci rübü ilə müqayisədə 1,3 faiz azalıb. Gartnerin qiymətləndirməsinə görə, ötən rübdə fərdi kompüterlərin ümumi tədarük həcmi ötənilki 14 milyonla müqayisədə 13,9 milyon qurğu təşkil edib.
 
Cari ilin birinci rübünün yekunları üzrə Apple fərdi kompüterlərinin bazar payı 12 faiz olub ki, bu da ötən ildən 1,1 faiz çoxdur. Apple həmçinin ABŞ-da HP və Dell şirkətlərindən sonra üçüncü fərdi kompüter tədarükçüsüdür.
 
2015-ci ilin birinci rübündə HP 3,6 milyon kompüter tədarük edib və yerli bazarda 26,1 faizə sahibdir. Sonrakı yerdə 3,2 milyon qurğu və 23,2 faizlik bazar payı ilə Dell istehsalçısı qərarlaşıb. Bundan əlavə, 2015-ci ilin birinci rübünü il ərzində tədarükü müvafiq olaraq 13,5 və 10,8 faiz artan Lenovo və ASUS şirkətləri üçün uğurlu olub.


Oxşar mövzular:
  • Onların sayı 300 milyona yaxınlaşır...
  • Windows 8.1 populyarlaşır
  • Braziliya ödənişli TV bazarının lideridir
  • Çinin Apple-i sürətlə inkişaf edir
  • Smartfonlar kompüterləri üstələyəcək


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Oktyabr 2022    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Style I Style II Style III