reklam
Naringi keksi Naringi keksi https://take.az/uploads/posts/2022-02/medium/1643959316_27a38d4c-95e0-4a00-9018-d0ce023f9a1c.jpeg
aynure

aynure özünü 🤗 möhtəşəm hiss edir. Mətbəx 5-02-2022, 11:25

Naringi keksi

Naringi keksi
B və C vitamin anbarı olan qış meyvəsi olan naringini sevənlər üçün dadlı bir keks.LoaDinG.Az bildirir ki Asand hazırlanan ətirli, ləzzətli və yumşaq naringili keksin reseptini təqdim edir.

Tərkibi:

4 ədəd yumurta
3/4 stəkan şəkər tozu
1/2 stəkan zeytun yağı
1/2 stəkan təzə sıxılmış naringi şirəsi
2,5 xörək qaşığı qatıq
1,5 stəkan un
1/2 stəkan badam unu
1 paket qabartma tozu
Üzəri üçün:

3 ədəd naringi
Hazırlanma qaydası:

Bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə qatıq, zeytun yağı və təzə sıxılmış naringi şirəsini əlavə edib qarışdırın. Daha sonra ələnmiş un və qabartma tozunu əlavə edin Badam ununu da əlavə etdikdən sonra keks xəmirini taxta qaşıq və ya spatulayla qarışdırın. Keks qəlibini kərə yağıyla yağlayın. Xəmiri qəlibə yayın və üzərinə qabıqları və ağ hissələri təmizlənmiş naringiləri xəmirin üstündən zövqə görə düzə bilərsiniz. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Sobadan çıxan keksi soyuması üçün kənara qoyun. Daha sonra dilimləyib süfrəyə verə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
183 168 197 187 173 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.