Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

  • Müəllif  Asef

 

Take.Az anspress-ə istinadən aprelin 26-da tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 26 aprel 2015
Hicri: 7 Rəcəb 1436

İlin 116-cı günü
İlin sonuna 249 gün qalır

Bu günün namaz vaxtları 

Fəcr - 05.32
Günəş - 06.48
Zöhr - 13.43
Əsr - 18.04
Məğrib – 20.44
İşa – 22.11

1828 - İranla müharibədən qalib çıxaraq Azərbaycanın şimalını özünə birləşdirən Rusiya Qafqazdakı ikinci rəqibinə - Osmanlı dövlətinə savaş elan edib. Müharibə bir il sonra (Ədirnə sülhü, 1829) Rusiyanın nisbi üstünlüyü ilə başa çatdı. Müharibənin nəticəsi kimi Şərqi Anadoludakı ermənilərin bir hissəsi Cənubi Qafqaza - İrəvan xanlığına və Gürcüstana köçürüldü.

1894-cü ildə Hitlerin müavini və Faşist Almaniyasında Gerinqdən sonra 3-cü şəxs Rudolf Hess dünyaya gəlib

1900-cü ildə Amerikalı alim Çarlz Rikter dünyaya gəlib

1908 - Görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayev (1908-1978) Ərdəbildə anadan olub. Kiçik yaşlarında ailəsilə Gəncəyə köçüb. Gəncə Müəllimlər İnstitutunu, Kazan Şərq Pedaqoji İnstitutunu bitirib, Azərbaycan Dövlət Universitetinin professoru olub. "Bir gəncin manifesti" romanının, povest və hekayələrin müəllifidir.

1986 – Çernobl hadisəsi baş verdi

1994-cü ildə Çin Xalq Respublikasına (ÇXR) aid təyyarə Yaponiyada qəzaya uğradı, 264 nəfər öldü 

2001 - İstanbulda türkdilli dövlət (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan) başçılarının 7-ci zirvə görüşü (1992-ci ildən etibarən) keçirilib. Azərbaycan tərəfi sammitin yekun sənədinə Ermənistanın işğalçılığını pisləyən bənd təklif etsə də, Orta Asiya liderləri sənədi siyasiləşdirmək istəmədiklərini əsas gətirərək onu qəbul etməyiblər.

2007 – Pekində Olimpiya Oyunlarının atəşi yandırıldı.

2006 - Prezident İlham Əliyevin Birləşmiş Ştatlara rəsmi səfəri başlayıb. Səfər gedişində Ağ evdə ABŞ və Azərbaycan prezidentlərinin görüşündə (28 aprel) ikitərəfli strateji tərəfdaşlığın geniş spektri müzakirə olunub. Azərbaycan rəhbəri Konqresdə, Amerika işgüzar dairələrində görüşlər keçirib.


Oxşar mövzular:
  • Gün var, əsrə bərabər: Ötənləri yada salaq
  • Gün var əsrə bərabər: Ötənləri yada salaq
  • Gün var, əsrə bərabər: Ötənləri yada salaq
  • Bu günün tarixi (11.07.2013)
  • Bu günün tarixi (10.07.2013)


  • Gerİ dön


    2 şərh


    • Təşəkkürlər????

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:


    • Her yeder qabaqimiza qedim Dunya tarixi cixir


    • aylin
    • Xəbərlər: 5
    • Şərhlər: 189
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    boreç
           Нет
    Şərhləri: 1
     
    «     İyun 2022    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930