reklam
Aforizmlər🙃 Aforizmlər🙃 https://take.az/uploads/posts/2022-02/1645044482_images.jpeg
DeliBirHatun

DeliBirHatun özünü 🙃 xoş hiss edir. Aforizm 17-02-2022, 00:47

Aforizmlər🙃

Aforizmlər🙃
Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır. (C.Fuller)

Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər. (M.Gəncəvi)

Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. (H.Holley)

Faydasız həyat- vaxtsız ölümə bərabərdir. (İ.Höte)

Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir. (V.İrvinq)

Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki! (A.Kapus)

Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz. (D.Karnegi)

Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. (Ç.Kolton)

Həyat əvvəldən axıradək öyrənməkdir. (J.Labrüer)

İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür. (J.Labrüer)

Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir. (Menandr)

Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın məqsədi məhz budur. (C.Məmmədquluzadə)

Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir. (Napoleon)

Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən. (F.Nitsşe)

Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. (C.Pekk)

Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik. (C.Robertson)

Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır. (C.Santayana)

İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. (Sokrat)

Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir. (B.Spinoza)

Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. (A.L.Stal)

Görmək və hiss etmək mövcud olmaq, düçünmək isə yaşamaq deməkdir. (U.Şekspir)

Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər. (İ.Ten)

Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır. (Q.Təbrizi)

Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür. (L.Tolstoy)

Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər. (O.Uayld)

Başqalarının halına yana bilən insan yaşamağa layiqdir. (Van Qoq)

Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir. (C.Vatson)

Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. (F.Volter)

İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. (F.Volter)

Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. (L.Vovenarq)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
250 216 218 221 265 294

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.