Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bakı metrosunda yeni qatarları nə vaxt görəcəyik?

  • Müəllif  Asef

 

Mayın sonunadək Bakı Metropoliteninin istifadə edilən xətlərinin birində 3 yeni qatar istismara veriləcək. Bu barədə Trend "Alstom" şirkətinə istinadən məlumat verir. 

"Alstom" şirkəti Bakı metrosu sisteminin vaqonları üçün iki yeni qatar seksiyasının dinamik sınaqlarına başlayıb.
Məlumata görə, şirkət ümumilikdə hər biri 5 vaqondan ibarət 3 qatar tədarük edəcək.
 
Metrounun yeni vaqonları "Metrovaqonmaş" şirkəti tərəfindən 81−760Б/761B/763B modeli əsasında layihələndirilib.
 
Azərbaycanda ilk dəfə olaraq metro qatarları vaqonlararası keçidə malikdir. Qatarın salonunda işıq-diod işıqlandırma təşkil edilib ki, bu da elektrik enerjisinə qənaət etməyə imkan verəcək. Vaqonlararası keçid sayəsində qatarın sərnişin tutumu 1047 nəfərədək artırılıb. Qatarda 202 erqonomik oturacaq nəzərdə tutulub.
 
Yeni qatar seksiyalarının baş vaqonu məhdud imkanlı şəxslərin təhlükəsiz gedişini təmin edən qurğu ilə təchiz edilib.


Oxşar mövzular:
  • Google 3D planşet göstərdi
  • Bakı bulvarında möhtəşəm layihə
  • "iPhone 5S" yeniləndi...
  • Bu da bütün dünyanın səbirsizliklə gözlədiyi "Galaxy S4"
  • Bakı metrosuna gətirilən yeni qatarlar [foto]


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829 
    Style I Style II Style III