reklam
Ev şəraitində MARMELADın hazırlanması. Dadlı və faydalı! Ev şəraitində MARMELADın hazırlanması. Dadlı və faydalı! https://take.az/uploads/posts/2022-02/1556770437_screenshot_1.jpg
n2006

n2006 Mətbəx 24-02-2022, 15:30

Ev şəraitində MARMELADın hazırlanması. Dadlı və faydalı!

Ev şəraitində MARMELADın hazırlanması. Dadlı və faydalı!
Marmelad faydalı şirniyyat sayılır. Marmeladı (təbii ki, az miqdarda) uşaqlara vermək olar.
Sizə marmeladın ev şəraitidə hazırlanmasını təqdim edirik.

İnqrediyentlər:
- 1 x.q. portağal sedrası
- 1 x.q. limon sedrası
- 300 ml təbii portağal şirəsi
- 50 ml təbii limon şirəsi
- 50 qr jelatin
- 200 qr şəkər tozu

Hazırlanması:
1. Sedranı qazana qoyuruq, üzərinə limon şirəsini (hamısını) və 75 ml portağal şirəsini tökürük, qarışdırırıq, orta odun üzərində 5 dəqiqə ərzində qaynadırıq, oddan götürürük.
2. Mayeni süzürük, dərhal isti mayenin içinə jelatin tökürük, yaxşı qarışdırırıq ki, jelatin tam ərisin.
3. Qalan şirəni tökürük, şəkər tozunu əlavə edirik, yaxşı qarışdırırıq.
4. Qazanı vam odda qızdırırıq ki, şəkər tozu tam ərisin. Qaynatmaq olmaz!
5. Mayeni formaya töküb soyuducuda 10 saat saxlayırıq. (Şokolad konfetlərinin qutularında olan plastik formalardan və ya buz üçün formalardan istifadə etmək olar.)
6. Hazır marmeladı formalardan çıxardırıq, şəkər tozuna batırıq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
266 186 215 170 210 222

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.