Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

I Avropa Oyunlarında internet pulsuz olacaq

  • Müəllif  Asef

 

I Avropa Oyunları zamanı yarışların keçiriləcəyi bütün arenalarda insanlar internet xidmətindən Wi-Fi vasitəsilə pulsuz istifadə edə biləcəklər. 

Bunu Trend-ə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, hələlik pulsuz internet xidməti mexanizmlərinin və prosedurların dəqiqləşdirilməsi, bunun hansı şəkildə təşkil olunması ilə əlaqədar iş aparılır.

E.Vəlizadə qeyd edib ki, ümumilikdə Avropa Oyunlarına hazırlıq plana uyğun şəkildə həyata keçirilir və demək olar ki, nəzərdə tutulmuş bütün işlər bitib. İndi bəzi sahələrdə son sınaq işləri həyata keçirilir: "Hazırlıq səviyyəsi yüksəkdir. Oyunların keçirilməsi ilə bağlı üzərimizə düşən sahələrdə bütün xidmətləri göstərməyə tam hazırıq".

Nazir müavini bildirib ki, Bakıda və Mingəçevirdə mövcud və yeni tikilən idman arenalarının rabitə kanalları ilə əlaqələndirilməsi, onların telekommunikasiya kanalları ilə təmin edilməsi üçün 270 km-dən artıq xətlər çəkilib: "Arenalarda rabitə, internet xidmətlərinin göstərilməsi üçün imkanların yaradılması təmin edilib. Televiziya yayımı məsələsi də həllini tapıb. Oyunların bütün dünyaya televiziyalarla yayılmasına Azərbaycanın "Azerspace -1" peyki də daxil olmaqla 4 peyk cəlb olunub. Arenaların içində avadanlıqların tezliklərlə təmin olunması və bölgüsü işləri görülüb. Bundan əlavə, l Avropa Oyunları ilə bağlı poçt markaları dəsti hazırlanaraq buraxılıb".


Oxşar mövzular:
  • Azərbaycan idman dünyasında yeni səhifə açır
  • Maşını olanlar, MÜTLƏQ OXUYUN!
  • Bakı-2015 Avropa Oyunları üçün telekommunikasiya infrastrukturu yaradılıb
  • Azərbaycanda ambulans vertolyotlardan istifadə ediləcək
  • dayanacaqlarda pulsus Wi-Fi olacaq


  • Gerİ dön


    1 şərh


    • Xəbərim var təwəkkür

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    «     May 2022    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031