Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Simsiz elektrik enerjisi reallaşır...

  • Müəllif  Asef

 

"Nikola Labs" radiotezlikləri daimi enerjiyə çevirən və digər cihazları enerji ilə təmin edən yeni cihaz istehsal edib.
 
"Nikola Labs" bu texnologiyadan istifadə edən ilk məhsulunu da təqdim edib. Bu, "iPhone 6" smartfonu üçün hazırlanan qapaqdır. O, telefonun siqnalından istifadə edərək 30 faizdən çox enerji ilə təmin edir.
 
Take.Az ICTnews-a istinadən bildirir ki, şirkət məhsulunu bazara yaxın bir ildə çıxarmağı planlaşdırır. "Nikola Labs" həmçinin Ohayo Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində texnologiyanı təkmilləşdirərək patentləşdirəcək.
 
Bu texnologiyanı "ağıllı" saatlarda, sensorlarda, tibb cihazlarında və "əşyaların interneti"ndə, az elektrik tələbatlı istənilən cihazda istifadə etmək olar.
Cihazın qiyməti 99 dollar olacaq.
Qeyd edək ki, Nikola Tesla ilk dəfə elektrik xətlərdən istifadə edib. Henrix Hertz sübut edib ki, enerjini simsiz ötürmək mümkündür. Amma biz hələ də 21-ci əsrin cihazlarını enerji ilə təmin etmək üçün 19-cu əsrin texnologiyasından istifadə edirik.


Oxşar mövzular:
  • Əşyaların interneti üçün yaradılır
  • Enerjini simsiz ötürmək olacaq
  • Son model telefonlar dözümsüzdür
  • 5 metr məsafədə simsiz enerji
  • Dünyanı dəyişdirəcək 10 texnologiya


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III