Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


ABŞ Marsa astronavt göndərəcək

  • Müəllif  Asef

 

ABŞ Kosmik Agentliyi (NASA) 2030-cu illərdə Marsa astronavtın göndərilməsi ilə bağlı planlarının olmasını təsdiq edib. Bu barədə təşkilatın direktoru Çarlz Bolden Corc Vaşinqton Universiteti və ABŞ-ın böyük kosmik şirkətləri tərəfindən təşkil edilən insanın Marsa uçuşuna hazırlıq məsələləri üzrə beynəlxalq konfransda bildirib.
 
"Biz 2030-cu illərdə Marsa astronavtın göndərilməsi ilə bağlı məqsədimizin həyata keçirilməsinə heç vaxt indiki qədər yaxın olmamışıq. Marsa enmə bir neçə illik planlaşdırma və tədqiqatların, ağır işlərin və arzuların, bəzən isə uzun sürən diskussiya və müzakirələrin kulminasiya nöqtəsi olacaq", - o qeyd edib.
 
Take.Az ICTnews-a istinadən bildirir ki, Mars bizim üçün böyük əhəmiyyətə malikdir. Çünki Qırmızı planet haqqında öyrənəcəyimiz bizə Yerin tarixi və gələcəyi barədə çox şeyi deyə biləcək. Marsın tədqiqi həmçinin bizə yerdənkənar həyatın mövcudluğu ilə bağlı sirləri açmağa imkan verəcək. Biz Marsda bir zamanlar həyat üçün əlverişli şəraitin olması barədə məlumatlıyıq, - Ç.Bolden vurğulayıb.
 
Gələn il biz Qırmızı planetə InSight enmə aparatını onun nüvəsini öyrənmək üçün göndərəcəyik. 2020-ci ildə Curiosity kosmik aparatının təcrübəsinə əsaslanaraq yeni Mars 2020 aparatını hazırlayacağıq. O, bizə Marsa missiya üçün hazırlaşmağa kömək edəcək və ilk dəfə torpaq nümunəsi götürərək Yerə göndərəcək, - NASA direktoru qeyd edib.
 
Növbəti addım kimi təşkilat rəhbəri uzaq kosmosun tədqiqini sadalayıb. NASA asteroidə ilk geri dönəcək missiyanı 2020-ci illərdə göndərəcək, - o əlavə edib.


Oxşar mövzular:
  • 4500 azərbaycanlıdan xəbər yoxdur
  • Avropada 5G-yə keçir
  • Yer kürəsinin quru sahəsinin – torpağın azalması
  • Yeni təhsil naziri barədə təzə məlumat yayıldı
  • Bu il Azərbaycan 18 milyon dollarlıq hərbi məhsul ixrac edib


  • Gerİ dön


    2 şərh


    • məndə inanamıram


    • NaKoO_O
    • Xəbərlər: 24
    • Şərhlər: 714
    • İCQ: 789456


    • Boş boş şeylərdi hamısı inanmıram

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    QSDaniel
           315245535
    Şərhləri: 1
     
    DavidVonse
           275344473
    Şərhləri: 1
     
    «     Aprel 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Style I Style II Style III