Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bakı-Sumqayıt qatarında gediş haqqı necə olacaq?

  • Müəllif  Asef

Bakı-Sumqayıt qatarında gediş haqqı necə olacaq?

 

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycana yeni gətiriləcək qatarlarda gediş haqqının məbləğinə aydınlıq gətirib.

APA xəbər verir ki, C.Qurbanov yeni qatarlarda qiymətin Tarif Şurası tərəfindən müəyyənləşdiriləcəyini bildirib.

"Biz, yəqin ki, bəzi tariflərdə dəyişiklik edəcəyik. Bilirsiniz ki, sosial və VİP qiymətlər var. Plaskart vaqonlarda gediş haqqı sosial qiymətlərə aiddir və bu qiymətlər əhalinin əksəriyyəti üçün hesablanıb. Plaskart qiymətlərin isə dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulur. VİP vaqonlarda gediş haqqının isə "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur", - deyə C.Qurbanov bildirib.

C.Qurbanov əlavə edib ki, tariflər sərnişinlərin Sumqayıtdan Bakıya gəlmə vaxtı, avtobuslardan istifadə zamanı verilən gediş haqqı nəzərə alınmaqla müəyyənləşəcək və orta, nominal qiymətlər təyin olunacaq.

"Nəzərə alaq ki, bu qatarlar da əvvəlki qatarlar kimi deyil. Bu qatarlarda kondisionerlər, "wi-fi" və yüksək xidmət olacaq. Bundan əlavə, sərnişinlər 40 dəqiqəyə Bakıda, 28 Mayda olacaq. Dəmiryolu nəqliyyatında gediş haqqı digər nəqliyyat vasitələrindən həmişə ucuz olub, bu gün də belədir. Qiymətləri elə tənzimləyəcəyik ki, Bakı-Sumqayıt qatarında gediş haqqı vətəndaşların ziyanına olmayacaq", - deyə C.Qurbanov vurğulayıb.


Oxşar mövzular:
  • Köhnə metro kartlarını nə edək?
  • Hamısına cəmi bir kart!
  • Bakı-Sumqayıt yolunda tıxaca son: vaxt açıqlandı
  • Bakıda çoxdan gözlənilən YENİLİK
  • Ələt qəsəbəsi Azərbaycanın iri şəhərlərindən olacaq


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829 
    Style I Style II Style III