Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Mətbəx sirləri: Şokoladlı berliner

  • Müəllif  Asef

Mətbəx sirləri: Şokoladlı berliner

 

Take.Az şokolad kremli berlinerlərin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

xəmir: 

1 yumurta + 2 yumurtanın sarısı
500 q un
200 ml soyuq süd
130 q kərə yağı
5 q quru maya
60 q şəkər tozu
1 x.q. 5%-li sirkə
3 x.q. konyak
1 çimdik vanil 

krem:

250 ml süd
1 orta boy yumurta
100 q şəkər tozu
1,5 x.q. un
1 çimdik vanil
75 q kərə yağı
3-4 x.q. kakao

üzərinə: 

şəkər tozu

Xəmir: 

Mayanın üzərinə süd töküb otaq temperaturunda 1 saat saxlayın. Yumşaq kərə yağını şəkər tozu ilə çalın, tədricən yumurta sarıları və bütöv yumurtanı əlavə edin. Sirkə, konyak, vanil, südün qalanı və 0,5 ç.q. duz əlavə edin. Südlü-mayalı baratanı əlavə edin. Un qatıb yumşaq xəmir yoğurun. Üzərinə qida plyonkası çəkib otaq temperaturunda gəlməsi üçün saxlayın. Həcmi iki dəfə artanda bir dəfə ətləyin, 16-18 ədəd eyni boyda kündə tutun. 

Hər kündəni bir az yayın (çox nazik olmasın), kənarlarını ortaya yığıb qatlayın, böyrünü əlinizlə hamarlayın (belə edilir ki, bişəndə içi boş olsun). Bunları yenə də gəlməsi üçün bir müddət saxlayın (20 dəqiqə).
Yağı qazanda qızdırın, vam odda kökələri 5 dəqiqə bişirin. Çıxarıb "tikişi" yuxarı olmaqla boşqaba düzün. Soyudun. 

Krem:

Yumurtanı şəkər tozu və unla çalın, vanil, süd, kakao əlavə edib yaxşıca qarışdırın. Vam odda qarışdıraraq qatılaşınca bişirin. Tam soyudun. 

Kərə yağını çalın, soyuq kremlə qarışdırın. 

Kremi konditer torbasına doldurub kökələrin içinə yeridin, üzərinə şəkər pudrası səpin. 

Nuş olsun! 



Oxşar mövzular:
  • Mətbəx sirləri: Ananaslı tort
  • Mətbəx sirləri: "Baunti" pirojnası
  • Mətbəx sirləri: Kəsmikli şokolad piroqu
  • Jozefina tortu
  • "Jozefina"


  • Gerİ dön


    1 şərh


    • Əllərinizə salığ superdi

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930