Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bakıda evlər ucuzlaşdı - CƏDVƏL

  • Müəllif  Asef

Bakıda evlər ucuzlaşdı - CƏDVƏL

 

7,22 faiz.

Bakıda ilkin mənzil bazarında bir kvadrat metrin orta qiyməti aprel ayında 1 066 dollar (1 117 manat) təşkil edib ki, bu da mart ayının analoji göstəricilərindən 7,22 faiz (manatla qiymətlər 7,38 faiz aşağı düşüb) azdır.

Take.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "MBA Group” konsaltinq şirkətinin hesabatında deyilir.

Müqayisə üçün deyək ki, cari ilin mart ayında Bakıda ilkin mənzilin bir kvadrat metrinin qiyməti 1 149 dollar (1 066 manat) təşkil edib.

Bazarda təkliflərin əksər hissəsi ekonom-sinifli (bir kvadrat metri 1000 dollara kimi) və orta sinifli (1000-1600 dollar) mənzillərə aiddir. Bu qiymət diapazonunda olan mənzillərin ümumi təklif portfelindəki payı uyğun olaraq 52,6 və 37,5 faiz təşkil edib. Belə mənzillərdə bir kvadrat metrin orta qiyməti uyğun olaraq 766 və 1 200 dollar olub. Ümumi təklif portfelində bir kvadrat metri 1600 dollardan çox olan mənzillərin xüsusi çəkisi 9,9 faiz təşkil edib. Hesabat dövründə bu sinifdən olan mənzillərin bir kvadrat metrinin qiyməti 2 145 dollar olub.

"Ay ərzində ən çox bina Bakının Yasamal rayonunda inşa edilib. Daha sonra Xətai və Nəsimi rayonları gəlib. Bina inşaatı həyata keçirilən ümumi rayonların sayında bu üç rayonun payı 63,4 faiz olub. Ötən ay ilkin mənzil təkliflərinin ən böyük sayı Bakının Nəsimi, Xətai və Yasamal rayonlarında qeydə alınıb. Ümumi təklifdə onların payına 72,4 faiz düşüb.

Hesabatlara görə, satışa çıxarılan ilkin mənzillərin 44 faizi Bakının Yasamal, 15 faizi Nəsimi, 14 faizi Xətai, 6 faizi Nərimanov və Nizami, 5 faizi Abşeron, 3 faizi Sabunçu, Suraxanı və Binəqədi, 2 faizi Səbail rayonunun payına düşüb.

Mart ayı ilə müqayisədə apreldə təklif olunan orta yaşayış sahələri 3,1 faiz artıb. Bu da 119,21 kvadrat metr deməkdir. Bir otaqlı mənzillərin orta sahəsi 60,41 kvadrat metr, iki otaqlı mənzillərdə 90,11, üç otaqlı mənzillərdə 128,64, dörd otaqlı mənzillərdə 183,23, beş otaqlı mənzillərdə 280 kvadrat metr olub.

Bakıda rayonlar üzrə ilkin mənzillərin bir kvadrat metrinin qiyməti:

 



Oxşar mövzular:
  • Bakıda evlərin qiyməti düşdü...
  • Paytaxtın torpaq və kirayə bazarında vəziyyət necədir?
  • Azərbaycanın son demoqrafik vəziyyəti açıqlandı
  • Azərbaycan əhalisinin son sayı açıqlandı
  • Dünyanın ən bahalı evləri – FOTO+SİYAHI


  • Gerİ dön


    1 şərh


    • Lap yaxşı _______

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    syspneti1982
           Нет
    Şərhləri: 1
     
    Martinkag
           226685615
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    «     Sentyabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Style I Style II Style III