Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Ailə quranlara veriləcək sağlamlıq haqqında arayış belə olacaq - FOTO

  • Müəllif  Asef

Ailə quranlara veriləcək sağlamlıq haqqında arayış belə olacaq - FOTO

 

Artur Rasizadə dəyişiklikləri təsdiqlədi.

Nazirlər Kabineti "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə qərar verib.

Take.Az-ın məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı yeni qərarda bildirilir:
 
"Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 dekabr tarixli 389 nömrəli Fərmanının 1.1.3-cü və 1.1.4-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə 
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).
3. "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması” təsdiq edilsin (3 nömrəli əlavə).
 
1 nömrəli əlavə 
 
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahısı:
 
1. Nikaha daxil olmaq istəyən şəxslər aşağıdakı xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər:

1.1.    hemoqlobinopatiyalar:

1.1.1.  böyük beta-talassemiya;
1.1.2.  aralıq beta-talassemiya;
1.1.3.  drepanotalassemiya;
1.1.4.  oraqvari hüceyrəli anemiya;
1.2.     İİV/QİÇS;
1.3.     sifilis.

2 nömrəli əlavə
 
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası
 
1. Ümumi müddəalar
 
1.1. Bu Qayda  sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin  13-cü maddəsinə əsasən hazırlanmışdır və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi qaydasını müəyyən edir.
1.2. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Azərbaycan Respublikasının  Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəstəliklərin siyahısı üzrə aparılan klinik və laborator müayinələrdən, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsindən ibarətdir.
1.3. Bu Qayda nikaha daxil olmaq istəyən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə də şamil edilir. 
 
2. Tibbi müayinələrin təşkili
 
2.1. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və (və ya) bələdiyyə tibb müəssisəsində, tərəflərdən biri azadlıqdan məhrum edilmiş şəxs olduqda isə həmin şəxsin olduğu cəzaçəkmə müəssisəsinin tibb xidməti tərəfindən həyata keçirilir.
2.2. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi  pulsuz aparılır.
2.3. Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına  nəzarət tibb müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilir.
 
3. Tibbi müayinələrin keçirilməsi və məsləhətlərin verilməsi
 
3.1. Nikaha daxil olmaq istəyən şəxslərin  hər biri tibbi müayinədən keçirilir.
3.2. Tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə  müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və buna uyğun olaraq onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər verilir.  
3.3. Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir.
3.4. Nikaha daxil olmaq istəyən şəxslərə Azərbaycan  Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə, Azərbaycan  Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur.
3.5. Arayış tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanır  və müəssisənin möhürü  ilə təsdiq edilir.
3.6. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.
3.7. Nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırır və yazılı razılıqlarına əsasən cütlüyə həkim məsləhəti verilir. 
3.8. Tibbi arayışın verilməsi müddəti nikaha daxil olmaq istəyən  şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra 2 (iki) həftədən çox olmamalıdır.
3.9. Tibbi arayışın etibarlılıq müddəti 1 (bir) aydır.

3 nömrəli əlavə

 



Oxşar mövzular:
  • Azərbaycan vətəndaşlarının xaricdə təhsili qaydaları müəyyənləşdi
  • "Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edildi
  • İlham Əliyevdən tələbələrlə bağlı SƏRƏNCAM
  • Evliliyə hazırlaşan cütlüklərə yeni xəbər
  • Nigahdan öncə tibbi müayinə


  • Gerİ dön


    4 şərh


    • Sitat: google
      bizimkiler bunuda pulla hell edecey baxarsiz.halbuki bele olmasi cox yaxwidi sonrasina problem yawanmasin deye.

      axaxax bizimkilerin hec vapse yadlarina dusmur arayis 32

    • --------------------------------------------
      Ətafım geniş olsada üreyim bir nəfərliydi...
    • Ehli Beyt Asiqi
    • Xəbərlər: 20
    • Şərhlər: 1623
    • İCQ:


    • Sitat: google
      bizimkiler bunuda pulla hell edecey baxarsiz.halbuki bele olmasi cox yaxwidi sonrasina problem yawanmasin deye.

    • --------------------------------------------
      Ayna menim en yaxsi dostumdur...Cunki men aglarken o esla gulmur..
    • ◇◆meryem◆◇
    • Xəbərlər: 12
    • Şərhlər: 208
    • İCQ:


    • Guya xəstə olanda evlənmiyəcəklər pul hər şeyi həll edir Aze də nə bilim.Amma əslində belə yaxşıdı.

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:


    • bizimkiler bunuda pulla hell edecey baxarsiz.halbuki bele olmasi cox yaxwidi sonrasina problem yawanmasin deye.

    • --------------------------------------------
      FikirleriM AzadliQ... HeyatiM Bo$,,, XeyallariM ArzulaR,,, HeyatiM MenasiZ... EmelleriM GunaH... SoZleriM SetiR Alti..
    • Xəbərlər: 236
    • Şərhlər: 3353
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    boreç
           Нет
    Şərhləri: 1
     
    «     İyun 2022    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Style I Style II Style III