Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Mənzil bazarında nə baş verir?

  • Müəllif  Asef

Mənzil bazarında nə baş verir?

 

"Aprel ayının yekunları göstərir ki, mənzillərin qiyməti 8 faizə yaxın azalıb. Qiymət azalmaları sadəcə manat deyil, eyni zamanda dollar ifadəsində də özünü göstərməkdədir".

Take.Az-ın məlumatına görə, bunu iqtisadçı-alim Vüqar Bayramov bildirib. Mütəxəssisin fikrincə, azalma tendensiyasının payızadək davam edəcəyi proqnozlaşdırılır.

V.Bayramov hesab edir ki, əmlak bazarında tələb kəskin azaldığı üçün real satış qiymətində azalmalar müşahidə edilir: "Bazarda alıcıların sayı az olduğu üçün praktik olaraq qiyməti satıcıdan daha çox, ev alan diktə edir. Məsələn, bizim monitorinqlər göstərir ki, öz mənzilini son qiymət olaraq 125 min manat təklif edən satıcı real alıcı olduğu halda hətta 110 min manata razılaşır. Bu isə təklif qiyməti ilə real satış qiyməti arasında kəskin fərqin olmasından xəbər verir. İkincisi, Rusiyaya tətbiq edilən sanksiyaların qüvvədə qalması şimal qonşumuzda yaşayan azərbaycanlıların Bakının mənzil bazarına tələbini azaldıb. Əksinə, onların bir qismi Azərbaycandakı əmlakını sataraq qiyməti daha çox ucuzlaşmış Rusiya və Ukrayna şəhərlərində mənzil almağa üstünlük verirlər".

İqtisadçı hesab edir ki, qlobal iqtisadi çətinliklə bağlı olaraq nəinki Azərbaycanda, eləcə də bütün qonşu ölkələrdə vətəndaşlar daha çox yığıma üstünlük verirlər, bu isə mənzillərə tələbi azaldıb: "Neftin dünya bazar qiymətinin aşağı düşməsi ölkə ixracatının azalmasına və bununla da pul dövriyyəsində valyutanın payının məhdudlaşmasına səbəb olub. Nəhayət, Bakıda mənzillərin qiymətinin son illər kəskin artması, praktik olaraq, qiymətlərin tavana dirənməsinə səbəb olub. Bunlar isə o deməkdir ki, mənzil bazarında yaxın aylar üçün qiymət artımları gözlənilmir", - deyə iqtisadçı-alim bildirib.



Oxşar mövzular:
  • Bakıda evlər ucuzlaşdı - CƏDVƏL
  • Bakıda evlərin qiyməti düşdü...
  • Paytaxtın torpaq və kirayə bazarında vəziyyət necədir?
  • Qızıl ucuzlaşır...
  • Azərbaycanda konturların da qiyməti qalxdı - QİYMƏTLƏR


  • Gerİ dön


    1 şərh


    • Heçnə baş vermir.

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    narmin776
           Нет
    Şərhləri: 1
     
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III