Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Elnurum destek ucun tewekkur etdi

 


2015 Eurovision Mahnı Müsabiqəsi, Azərbaycan təmsilçisi Elnur Hüseynov üçün möhtəşəm bir yolçuluq oldu. O, Eurovision-da ikinci dəfə səhnəyə çıxaraq musiqi dünyasının ən böyük səhnəsi vasitəsilə Avropa izləyicilərinin ürəklərinə yol tapmağa çalışdı. Vyanaya gedən yolda Elnur diqqət mərkəzində olmağı bacardı.

21 mayda Elnur ikinci yarımfinalda ?Hour of the Wolf’ mahnısını ifa edərək 60-cı Eurovision Mahnı Müsabiqəsinin Böyük Finalına yüksəldi və finalda 27 ölkə arasında 24-cü sırada çıxış etdi.

Elnur və onun çoxmilli komandası Eurovision auditoriyasının qəlbinə və ruhuna yol tapmaq üçün əlindən gələni etdi: Elnurun səhnə quruluşu və inanılmaz səsi izləyicilərə nəfəs dərdirmədi, ancaq bu, yetərli deyildi. Bu il rəqabət çox sərt oldu – demək olar hər bir təmsilçi güclü səhnə quruluşu və gözəl mahnı ilə ortada idi və qalib gəlməyə layiq idi.

?Ölkəmə və komandama, ailəmə, bütün dünyadan bütün fanlarıma çox minnətdaram, – Elnur dedi – biz əlimizdən gələni etdik. Mahnımın ürəklərinizə və könüllərinizə yol tapdığına ümid edirəm. Təşəkkür edirəm! Bu ifa hər zaman ürəyimdə qalacaqdır.’
Elnur Hüseynov bu il Azərbaycanı ikinci dəfə təmsil edirdi. 2008-ci ildə o, Samir Cavadzadə ilə birlikdə bir duet olaraq Azərbaycanın ilk təmsilçilərindən biri olmuşdu. Duet finalda 8-ci yerə yüksəlmişdi. Bu il Elnur ?Hour of the Wolf’ mahnısı ilə 12-ci oldu. Müğənninin sonrakı dayanacağı öz evi olacaq. Bir az dincəldikdən sonra iki yeni albom üzərində işə başlayacaq.


Oxşar mövzular:
  • Elnur niyə məğlub oldu?
  • Vyana Eurovision-2015-ə start verməyə hazırlaşır
  • Elnur Hüseynovun Avropada tanıtımı - fotolar
  • elnur sehneye 11-ci cixacaq
  • Elnur yenidən "Eurovision"a qatılacaq


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III