Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Dərinin qocalma prosesini ləngidən faydalı tərəvəz hansıdır?

  • Müəllif  Asef

Dərinin qocalma prosesini ləngidən faydalı tərəvəz hansıdır?

 

Take.Az publika.az-a istinadən xəbər verir ki, yağlı qidalar dərinin parlaqlığına təsir göstərir. Həmin qidaların tərkibində kalori, yağ və karbohidrat olduğuna görə, hüceyrə və məsamələrə toksinlər yığılır. Bu baxımdan qüsursuz və cazibədar dəri üçün yağlı qidalar yemək məsləhət deyil.

Xüsusən, yay aylarında isti havanın təsirindən dəri tez quruyur. Dərinizin parlaq, təravətli və nəmli olmasını istəyirsinizsə, alma və kök şirəsindən, pomidor suyundan tez-tez istifadə edin. Buraya istəyə uyğun olaraq mövsüm meyvə və tərəvəzləri də əlavə edə bilərsiniz.
Mövsümə uyğun təzə meyvə və tərəvəzlərdən istifadə dərinin parlaq görünməsinə təsir göstərir. Dəriyə daha gözəl görünüş qazandırır. Bu qəbildən olan qidalarda orqanizm üçün lazımlı vitamin kompleksi olur.
Parlaq dərinin sirri almada gizlənib. Belə ki, parlaq dəri üçün çoxlu alma yemək də məsləhətdir. Bu meyvədə eyni zamanda A vitamini olduğundan dəridəki qoruyucu toxumaları gücləndirir və sızanaqların meydana gəlməməsinə təsir göstərir. İnsan sağlamlığına və dəriyə faydalı olan bütün meyvələrdən lazımi miqdarda istifadə etmək olar.
Kök (E, A vitamini) maddələr mübadiləsi zamanı ortaya çıxan sərbəst radikalları yox edərək dəri sağlamlığını qoruyur və cavanlaşdırır. Dərinin parlaqlıq qazanmasına kömək edir. İnfeksiyaların sağalmasına kömək edən kök suyu qanı da təmizləyir, toksinləri sidiklə xaric edir. Revmatizm, böyrək üçün faydalı tərəvəzdir. Kökün tərkibindəki A vitamini orqanizmdəki bütün hüceyrələrin fəaliyyətini və yenilənməsini təmin edir, dəriyə təmizlik və çəhrayılıq da gətirir. Kök yaşlanmanı gecikdirir.
Xiyarın tərkibində olan maddələr isə dərinin daha yumşaq olmasına təsir edir.
Düzgün qidalanma həm sağlamlıq, həm də gözəllik üçün faydalıdır. Qidalanma vərdişlərində vacib proseduralardan əlavə spirt və kofein istifadəsini azaltmaq lazımdır. Çünki spirt istifadəsi dəri hüceyrələrini öldürür. Dərinin gözəlliyinə mənfi təsir göstərir. Qırışların əmələ gəlməsinə səbəb olur və insanı olduğundan yaşlı göstərir. Bu baxımdan kofein və ya spirtdən həddindən artıq istifadə etməməyə çalışın.



Oxşar mövzular:
  • sevdiyimiz meveler neçə kalorilidi ?
  • Sağlamlıq üçün ən faydalı içkilər
  • Fəsil dəyişdikdə nə etməli?
  • Faydalı meyvə və tərəvəzlər
  • Hansı meyvə hansı xəstəliyin dərmanıdır?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III