Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Yeni metro qatarları niyə istifadəyə verilmir?

  • Müəllif  Asef

Yeni metro qatarları niyə istifadəyə verilmir?

 

Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) yeni qatarlar alıb. Qatarların I Avropa Oyunlarına kimi xəttə buraxılacağı deyilirdi, lakin Oyunların başlamasına sayılı günlər qalmasına baxmayaraq, "Bakı Metropoliteni"nin xəttlərində yeni qatarlara rast gəlmək mümkün deyil.

Aznews.az-a daxil olan məlumata görə, alınan qatarların xəttə buraxılmamasının səbəbi qatarlarda nasazlıqlarla bağlıdır. Bildirilir ki, həmin qatarlar bir neçə dəfə sınaq yürüşünə çıxarılıb, lakin hər dəfə də bir problem yaranıb. Bu da Metropoliten rəhbərliyini təşvişə salıb.

Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev aznews.az-a qatarların hələ də sınaq mərhələsində olduğunu bildirib: "Qatarların hələ də xəttə buraxılmamasının səbəbi onların uyğunlaşdırılması prosesinin başa çatmaması ilə əlaqədardır. Bu proses hələ də başa çatmayıb. Çünki həmin qatarlar çox mürəkkəb sistemlə idarə olunur. Adi bir texnika deyil ki, onu alaq, dərhal istifadəyə verək. Təbii ki, bu proseslər başa çatdıqdan, qatarların təhlükəsizliyi tam təmin olunduqdan sonra xəttə buraxılacaq. Çalışırıq ki, tez bir vaxtda onları istifadəyə verək".



Oxşar mövzular:
  • Bakı-Sumqayıt qatarları belə olacaq - FOTO
  • Bakı Metropolitenində - XÜSUSİ PLAN
  • Bakı metrosuna tələb: forma axtarılır
  • Bakı metrosunda yeni qatarları nə vaxt görəcəyik?
  • Günün Əsas Xəbərləri (23.02.2012)


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Yanvar 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III