Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


"Oyunlar zolağı"nın yeri dəyişdirildi

  • Müəllif  Asef

"Oyunlar zolağı"nın yeri dəyişdirildi

 

Daha bir ərazidə "Oyunlar zolağı"nın yeri dəyişdirilib. Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə daha bir ərazidə I Avropa Oyunları zamanı müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində çəkilmiş "Oyunlar zolağı"nın yeri dəyişdirilib.

"Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, dəyişiklik yalnız Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində yerləşən dairədən Avdulvahab Salamzadə küçəsinin kəsiməsində yerləşən yol ötürücüsünədək olan hissəsində həyata keçirilib. Sözügedən ərazidə "Oyunlar zolağı" yolun hərəkət hissəsinin solundan sağına keçirilib.

Qeyd edək ki, bundan öncə anoloji addım Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun Beynəlxalq Avtovağzal ərazisindən çıxan hissəsi ilə kəsişməsindən "20 Yanvar" tunelindən keçməklə "20 Yanvar" dairəsi istiqamətində olan yolda atılmışdı.

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə daha bir dəyişiklik Tbilisi prospektinin Avdulvahab Salamzadə küçəsinin kəsiməsində yerləşən yol ötürücüsündən "20 Yanvar" dairəsinə daxil olan yan yola qədər olan hissəsində həyata keçirilib. Sözügedən istiqamətdə yolun hərəkət hissəsinin ensiz olması nəzərə alınaraq burda "Oyunlar zolağı" ləğv edilib.



Oxşar mövzular:
  • Sürücülərə xəbərdarlıq
  • Bakının bu yolunda məhdudiyyətlər olacaq
  • I Avropa Oyunları zamanı idman obyektlərinə nəqliyyat marşrutları müəyyən o ...
  • Bakı avtovağzalının yolu bərpa edilir...
  • Bakıda toy karvanını müşayiət edən avtomobillər cərimə meydançasına aparıld ...


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Noyabr 2018    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    Style I Style II Style III