Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Nə vaxt öləcəm?

  • Müəllif  Asef

Nə vaxt öləcəm?

 

İsveçli tədqiqatçılar yaşı 40-70 arası insanlarda yaxın 5 ildə ölüm riskini müəyyən edən "Ubble" adlı test hazırlayıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qadınlar üçün tərtib olunan testdə 11 sual, kişilər üçünsə 13 sual müəyyən olunub.

Testin hazırlanmasında 500 mindən artıq Britaniya sakini iştirak edib və onlar öz həyat tərzləri və sağlamlıqlarıyla bağlı 665 suala cavab veriblər. Tədqiqatçılar həm də iştirakçılarda xəstəliklərin tarixi ilə də maraqlanıblar və könüllülərdən analizlər götürülüb.

Layihənin hazırlanmasından 5 il sonra iştirakçıların 8,5 faizi dünyasını dəyişib. Onlar haqqında materialları tədqiq edən İsveç alimləri orta ölüm yaşını hesablamağa nail olublar. Araşdırmalar zamanı o da məlum olub ki, sağlam adamların ölümünə səbəb siqaret faktorudur. Bundan əlavə, ölümü yaxınlaşdıran səbəblər həm də avtomobildən çox istifadə və piyada gəzməməkdir.

"Ubble" testinin hazırlanmasından sonra 35 min britaniyalı bu testdən keçib. Tədqiqatçıların sözlərinə görə, testin dəqiqliyi 80 faizdir. İsveç alimlərinin bildirdiyinə görə, "Ubble" testini digər ölkələrdə də uğurla sınaqdan keçirmək olar.



Oxşar mövzular:
  • Ən uzunömürlü və ən qısaömürlü sakinlərə malik ölkələr
  • Bu xəbər çoxlarını kədərləndirəcək
  • Hava isindikcə böyrəklərə daş enir
  • Günəş qadınlarda ölüm riskini azaldır
  • Ölüm indikatoru


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III