Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bu gün yeni qatarlarla bağlı YEKUN QƏRAR veriləcək

  • Müəllif  Asef

Bu gün yeni qatarlarla bağlı YEKUN QƏRAR veriləcək

 

Bu gün yeni qatarların Bakı Metropolitenində tam istifadəyə verilməsi ilə bağlı yekun qərar veriləcək.

Bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisinin sözlərinə görə, yeni qatarların bir neçə gündür xətlərə buraxılmasına baxmayaraq, onlardan sınaq mərhələsində olduğu üçün digər qatarlara nisbətən tam rejimlə istifadə edilmir: "Əgər müsbət rəy verilsə, qatarlar elə bu gündən etibarən xəttə tam gücü ilə buraxılacaq. Yeni qatarların köhnələrdən üstünlüyü ondadır ki, onlarda kondisioner var".

Qeyd edək, Bakı Metropoliteninin sifarişi ilə Fransanın "Alstom" şirkətinin istehsalı olan 3 yeni qatar aprel ayında Bakıya gətirilib. Ötən həftə isə sınaq üçün xətlərə buraxılıb.



Oxşar mövzular:
  • Yeni qatarlar xəttə buraxıldı
  • Yeni metro qatarları niyə istifadəyə verilmir?
  • Bakı Metropolitenində - XÜSUSİ PLAN
  • Bakı metrosu vasitəçilərdən imtina etdi
  • Bakı metrosunda yeni qatarları nə vaxt görəcəyik?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Yanvar 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031