Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bakı-Sumqayıt sürət qatarları bu gün işə düşə bilər - FOTO

  • Müəllif  Asef

Bakı-Sumqayıt sürət qatarları bu gün işə düşə bilər - FOTO

 

Bir zamanlar Sumqayıtın dəmir yolu stansiyasında hər şey donmuşdu. Buraya insanlar gəlmirdilər, qatarlar bu stansiyadan keçmirdilər. Şəhər stansiyası işğal altındakı bölgəni xatırladırdı. Ancaq hər şey artıq arxada qaldı. Bakı və Sumqayıt arasında sürətli qatarlarının işə düşməsi şəhərin dəmir yolu stansiyasında da canlanma yaradıb.

Take.Az xəbər verir ki, hazırda stansiyada müasir standartlara cavab verən yeni qatarları qəbul etmək üçün yeni platformalar tikilir. Tikinti işlərinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulur.

"Azərbaycan Dəmir Yolları" idarəsinin mətbuat katibi Nadir Əzməmmədovun sözlərinə görə, yeni gətirilən qatarların qabaritləri köhnə elektrik qatarlarından daha böyükdür. Ona görə də qatarların keçəcəyi bütün stansiyalarda platformalar yenilənir. Eyni işlər "Böyük Şor" və "Güzdək" stansiyasında da görülür.

Qurum rəsmisi bildirib ki, Bakı-Sumqayıt şəhərləri arasında işləyəcək qatarlar artıq hazır vəziyyətdədir. Artıq bir neçə gündür qatarlar sınaqdan keçirilir. Bakı Dəmir Yolu Vağzalı ilə "Böyükşor" stansiyası arasında sınaq yürüşləri edilir. Avropa Oyunları bitənə qədər qatarlar elə bu marşrutda hərəkət edəcək. Oyunlardan sonra isə Bakı ilə Sumqayıt arasında hərəkətə başlayacaq.

Əzməmmmədovun sözlərinə görə, qatarlar "Böyükşor" ("Koroğlu" metrosu) stansiyasına qədər işləməyə hazırdır. Məsələ Avropa Oyunlarının təşkilat komitəsi ilə razılaşdırılmalıdır. Razılıq əldə olunarsa, qatarlar elə bu gün də işə düşəcək.

Qurum rəsmisi sürət haqda söz açarkən bilridib ki, hələlik yalnız yaşayış məntəqələrindən keçən yolların ətrafı çəpərlənir. Gələcəkdə bütün yol boyu çəpərləmə işləri aparılacaq ki, qatarlar təhlükəsiz şəraitdə daha yüksək sürətlə hərəkət edə bilsinlər.

Onun sözlərinə görə, WI-FI ilə təchiz olunmuş qatarlarda sərnişinlərə çay və kofe də təklif ediləcək.

Xatırladaq ki, "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş "KISS" markalı elektrik qatarlarının hər birində 4 vaqon var. Qatarlarda sərnişinlər üçün hər cür şərait yaradılıb. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klasdır.



Oxşar mövzular:
  • Yeni metro qatarları niyə istifadəyə verilmir?
  • Bakı-Sumqayıt qatarları belə olacaq - FOTO
  • Bakı Metropolitenində - XÜSUSİ PLAN
  • Bakı-Sumqayıt qatarında gediş haqqı necə olacaq?
  • Sumqayıt dəmir yolu vağzalının binasının təmirinə başlanılır


  • Gerİ dön


    1 şərh


    • Lap yaxşı_____

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Yanvar 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031