Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Küçəyə çıxmaq yasaqlandı!

  • Müəllif  Asef

 

Tiflis polisi şəhər sakinlərinə küçəyə çıxmamağı tövsiyə edib.

APA-nın məlumatına görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları baş vermiş daşqın nəticəsində zooparkdan qaçan heyvanların tapılması istiqamətində tədbirlər görür. Tiflis meriyasının məlumatında bildirilir ki, zooparkdan 6 pələng, 6 şir, 13 canavar, 7 ayı qaçıb.
 
Şəhər rəhbərliyinin açıqlamasına görə, zirzəmilər xüsusilə təhlükəli ola bilər. Daxili İşlər Nazirliyi şəhər sakinlərindən heyvanların aşkarlanacağı təqdirdə "Qaynar xətt"ə məlumat verməyi xahiş edib.
 
Zooparkın ətrafında heyvan parkının əməkdaşı olan iki nəfərin meyiti tapılıb. Təbii fəlakət nəticəsində ona yaxın insanın itkin düşdüyü bildirilir.
 
Qeyd edək ki, Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 11-ə çatıb. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin tapşırığına əsasən fəlakətin qarşısının alınması və xəsarət alanlara yardım məqsədi ilə fövqəladə qərargah yaradılıb. Baş nazir fəlakətin miqyasının böyük olduğunu diqqətə çatdırıb.  



Oxşar mövzular:
  • Yol polisindən "Son zəng" xəbərdarlığı
  • Nepalda zəlzələ nəticəsində ölənlərin sayı 6 mini ötüb
  • Leysan 14 can aldı
  • Bakıda Tibb Universitetinin binası yanır [video]
  • Türkiyədə dəhşətli zəlzələ


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III