Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Rəsədxana: Təşvişə səbəb yoxdur

  • Müəllif  Asef

Rəsədxana: Təşvişə səbəb yoxdur

 

"İkar" asteroidinin Yer kürəsinə yaxınlaşmasının və keçib getməsinin heç bir təhlükəsi yoxdur, narahat olmağa dəyməz.

Take.Az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətai deyib. 

Onun sözlərinə görə, "İkar" kiçik cisimlərdən hesab olunur, onlar az müşahidə olunurlar: "Dünən də Yer kürəsindən 26 mln. km məsafədə kiçik cisimlərdən biri keçib. Məsafə o qədər böyükdür ki, onun Yerə yaxınlaşması mümkün deyil. "İkar"ın diametri 1 kilometrə, kütləsi isə 100 min tona yaxındır. Onun yerlə məsafəsi Ayla Yer arasındakı məsafədən 21 dəfə çoxdur. Təqribən 10 milyon kilometr aralıdan keçib gedəcək. Ona görə də narahat olma dəyməz".

Ə.Atai əlavə edib ki, NASA bu il doqquz yad cisimin yer ətrafından keçib gedəcəyi haqqında məlumat yayıb: "Həmin cisimlər indi növbə ilə keçib gedir. Asteroidlərin Yerə təhlükəsi ilə bağlı yayılan xəbərlər şayiədir. Kosmik raketlərə külli miqdarda vəsait ayrılmasının səbəbi odur ki, asteroidlərin yerə yaxınlaşdığı məqamda təhlükə olarsa, onlar zərərsizləşdirsinlər". 

Qeyd edək ki, bu gün "İkar" asteroidi Yer kürəsinə çox yaxınlaşacaq.

"İkar" Yer kürəsinə hər 9, 19 və 38 ildən bir yaxınlaşır. Növbəti yaxınlaşma 2090-cı ilin 14 iyun tarixində baş verəcək. Həmin vaxt Yer kürəsi ilə asteroid arasındakı məsafə 6,5 mln. km təşkil edəcək.



Oxşar mövzular:
  • Yer üçün böyük TƏHLÜKƏ!
  • Yerə çəkisi 157 milyon ton olan asteroid yaxınlaşdı – FOTO
  • Astronomlar Yer kürəsinə bənzər daha səkkiz planet aşkar ediblər
  • Dəhşətli xəbərdarlıq: Yer kürəsi hər an məhv ola bilər
  • Yerə nəhəng yaxınlaşır


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    K_I_L_L_E_R
           Нет
    Şərhləri: 6
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 4
     
    boreç
           Нет
    Şərhləri: 4
     
    qjtuqeadoto
           82087816
    Şərhləri: 1
     
    HivyHoava
           4059627
    Şərhləri: 1
     
    Tweety
           Нет
    Şərhləri: 1
     
    ujonvyadoto
           4750216
    Şərhləri: 1
     
    fsafswadoto
           74482843
    Şərhləri: 1
     
    dwvxyxadoto
           87821215
    Şərhləri: 1
     
    qxkrdiadoto
           83535752
    Şərhləri: 1
     
    «     Sentyabr 2018    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930