Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bakı yollarında hərəkət məhdudlaşdırılacaq

  • Müəllif  Asef

Bakı yollarında hərəkət məhdudlaşdırılacaq

 

Baş Dövlət Yol Polisi İdarəsi iyunun 28-də Bakı şəhərində nəqliyyatın hərəkətinin müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat yayıb.

İdarədən  verilən məlumata görə, Bakı-2015 ilk Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar 28 iyun 2015-ci il tarixdə saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək paytaxtın Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu körpüsünədək və Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissələrində ümumi nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində Hava Limanı istiqamətinə getmək istəyən sürücülər alternativ yol kimi Zığ-Aeroport yolundan (beton yol), cənub istiqamətindən gələnlər paytaxta daxil olmadan Xocahəsən yolu ilə Xırdalan dairəsi, oradan isə Binəqədi, Balaxanı, Zabrat və Buzovna qəsəbələrindən keçməklə Mərdəkan-Aeroport yoluna, qərb və şimal istiqamətindən gələnlər də Xırdalan dairəsindən eyni marşrut üzrə rahat və fasiləsiz hərəkət edə biləcəklər.



Oxşar mövzular:
  • Bəzi yollar 2 gün bağlı olacaq
  • Bu gün bağlanacaq yollar - SİYAHI
  • "Oyunlar zolağı"nın yeri dəyişdirildi
  • Bakının qapıları əyalətli sürücülərin üzünə bağlanır
  • Bakının bu yolunda məhdudiyyətlər olacaq


  • Gerİ dön


    1 şərh


    • Xebr ucun saoll!


    • la la
    • Xəbərlər: 0
    • Şərhlər: 211
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Noyabr 2018    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    Style I Style II Style III