Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


İyulun 2-də növbəti imtahandır

  • Müəllif  Asef

 

Tələbə Qəbulu üzrə Dövlət Komitəsi iyulun 2-də növbəti imtahanını keçirəcək

İmtahanda Respublikanın ali təhsil müəssisələrinin V qrupları üzrə, ümumi orta təhsil bazasının orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq istəyənlər, üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən və eksternat qaydada qeydiyyatdan keçən abiturientlər iştirak edəcəklər.
Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, qərb bölgəsi üzrə imtahan prosesi Gəncə və Tovuzda həyata keçiriləcək. Gəncə üzrə imtahan prosesində iştirak etmək üçün 3430-a yaxın abituriyent qeydiyyatdan keçib. İmtahan 6 binada təşkil oluncaq. Tovuz şəhəri üzrə isə Tovuz, Qazax, Ağstafa rayonu abituriyentləri iki binada imtahan verəcək. Bu bölgə üzrə 1244 nəfər qeydiyyatdan keçib. 

Nəsimi Məmmədov, TQDK-nın Gəncə Regional bölməsinin müdiri: "İmtahan prosesində iştirak etmək üçün abituriyentlər imtahandan bir neçə gün qabaq TQDK-nın rəsmi internet saytına daxil olaraq imtahana buraxılış vərəqələri götürərək, imtahanda iştirak edə bilərlər. İmtahan prosesləri buraxılış imtahanlarının nəticələrinə uyğun şəkildə aparılacaq".

V ixtisas qrupları üzrə imtahan verən abituriyentlərə Ana dili, Riyaziyyat və Xarici dildən 90 test tapşırığı təqdim olunacaq. İmtahan 2 saat 15 dəqiqə davam etdiriləcək. Buraxılış imtahanlarından fərqli olaraq V ixtisas qrupları üzrə imtahan verən abituriyentlərə inşa yazı təqdim olunmayacaq. Orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanında iştirak edən abituriyentlərə isə 1 saat 30 dəqiqə vaxt ayrılacaq və Ana dili və Riyaziyyat fənlərindən olan bilikləri sınağa çəkiləcək. 

Nəsimi Məmmədov: "Bu imtahan prosesləri eyni gündə həyata keçiriləcəklər və elə abiturientlər var ki, iki imtahan prosesi ilə bağlı qeydiyyatdan keçiblər. Bunlar hansı imtahan prosesində istəyirlərsə, həmin imtahan prosesində də iştirak edə bilərlər".
Qeyd edək ki, iyunun 6-da Gəncədə təşkil olunan buraxılış imtahanlarında IX və XI siniflərin 5314 şagirdi iştirak edib. Onlardan 3674 nəfər bütün fənlər üzrə müsbət qiymət alıb. 



Oxşar mövzular:
  • 15 min nəfər imtahan verdi - YENİLƏNİB
  • İlk qəbul imtahanı keçirilir
  • TQDK-nın etdiyi yenilik abituriyentlərə nə qazandıracaq?
  • Abituriyentlərin nəzərinə....
  • Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanıb


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Sentyabr 2017    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930