Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Mətbəx sirləri: Pendirli alma piroqu

  • Müəllif  Asef

Mətbəx sirləri: Pendirli alma piroqu

 

Take.Az pendirli alma piroqunun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

xəmir: 

200 q un 
100 q kərə yağı
1 yumurtanın sarısı
1-2 x.q. qaymaq (süd)
bir neçə qaşıq su (lazım gələrsə)
1 çimdik duz
1 çimdik şəkər tozu

iç: 

1 iri yaşıl alma
200 q pendir (emental tipli)
200 q yağsız kəsmik, yaxud rikotta
0,5 st. yağsız qaymaq 
3 yumurta
1 ç.q. Provans otları
kəkotu

Un və kərə yağını ovun, yumurta sarısı, süd (qaymaq), lazım gələrsə su əlavə edib xəmir yoğurun. Kündə tutub soyuducuda 1 saat saxlayın. 
Pendiri sürtgəcdən keçirin, almanı təmizləyib nazik lay-lay doğrayın. Kəsmiyi ələkdən keçirin, qaymaq və yumurta əlavə edib yaxşıca qarışdırın (blenderdə də olar). Ədviyyatla duz-istiotu vurun. 

Xəmiri nazik yayın. 22 sm diametrli formaya döşəyin. Üzərinə perqament çəkin, quru lobya töküb 220 dərəcə qızdırılmış  sobada 12 dəqiqə bişirin. 
Bu müddətdən sonra lobyanı götürün. 
Alma dilimlərini formadakı korjun üstünə düzün, kəsmikli kütləyə pendiri əlavə edib qarışdırın, almaların üstünə düzün. 200 dərəcə qızdırılmış sobada 35-40 dərəcə, qızılı rəng alanadək bişirin. 

Nuş olsun! 



Oxşar mövzular:
  • Mətbəx sirləri: Şokoladlı berliner
  • Mətbəx sirləri: Pendirli xəmirdə almalı kökələr - FOTO
  • Mətbəx sirləri: "Noktürn" piroqu
  • Mətbəx sirləri: Kəsmikli şokolad piroqu
  • Jozefina tortu


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031