Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


13 yaşlı qızını və ev quşlarını zorlayan seksual manyak QANDALLANDI

  • Müəllif  Asef

13 yaşlı qızını və ev quşlarını zorlayan seksual manyak QANDALLANDI

 

Paytaxtda seksual manyak həbs edilib.

Movqe.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, xeyli müddətdir 13 yaşlı qızını və həyətdəki ev heyvanlarını zorlayan Babək rayon Nehrəm kənd sakini, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşayan Mirzəliyev Malik Cəfər oğlu Sabunçu rayon 12 saylı polis bölməsinin əməkdaşları tərəfindən həbs olunub. Mənbənin Movqe.az-ın əməkdaşına verdiyi məlumata görə, seksual manyak olan Malik Mirzəliyev dəfələrlə "atası" tərəfindən zorlanan 13 yaşlı M.M-nın (adı şərtidir) şikayəti əsasında həbs olunub:

"Bu hadisə ilə bağlı 13 yaşlı qız qardaşı ilə birgə hüquq-mühafizə orqanına şikayət edib. Onların verdiyi ifadə zamanı bəlli olub ki, M. Mirzəyev uzun müddət öz doğma qızı ilə təbii yolla cinsi əlaqədə olub. M. Mirzəyevin şəhvət, ehtiras hissi bununla da bitməyib. Ata adına ləkə olan seksual manyak həyətdəki ev quşlarını da dəfələrlə zorlayırmış. Bu hərəkətləri barədə heç kəsə bir kəlmə belə deməməsi üçün M. Mirzəyev zorladığı qızını anasını döyməsi ilə təhdid edirmiş. Hadisəni uzun müddət ailə üzvlərindən gizlətmək məcburiyyətində qalan qızcığaz iki dəfə də öz doğma "ata"sından hamilə qalıbmış. M. Mirzəyev qızının arzuolunmaz hamiləliyini pozmaq, onu zorladığının üstünün açılmaması üçün ona hamiləliyi pozan həblər verməklə çirkin niyyətini həyata keçirib. Mütəmadi olaraq "ata"sı tərəfindən zorlanan qızcığaz, nəhayət ki, başına gələnləri ortancıl qardaşına danışıb. Qardaşı bacısını götürərək Sabunçu rayonu 12 saylı polis bölməsinə şikayət edib. Bu şikayətdən sonra qızın zorlanmaya məruz qaldığını təsdiqləyən hüquq-mühafizə orqanları seksual manyakı həbs ediblər.   

Məlumata görə, istintaq zamanı seksual manyakın öz həyat yoldaşını da tez-tez döydüyü məlum olub. Və qızını da zorlayarkən bu barədə ailə üzvlərinə bir söz desə, anasını yenə döyəcəyi ilə hədələyirmiş. Mənbənin verdiyi xəbərə görə, M. Mirzəyev 1960-cı il təvəllüdlüdür. Seksual manyak dəfələrlə öz gəlininə qarşı da seksual xarakterli hərəkətlər edirmiş.  O, Bakıxanov qəsəbə ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. Bu hadisənin Sabunçu Rayon Polis İdarəsi və rayon prokurorluğundan indiyədək ictimaiyyətə açıqlanmamasının səbəbi məhz xəbərin cəmiyyətdə rezonans doğuracağı ilə bağlı olub. Artıq seksual manyak barədə həbs-qəti imkan tədbiri seçilib.  Qeyd edək ki, M. Mirzəyevin bu nikahdan 4 övladı var. Onlardan 3-ü oğlan, sonuncusu isə qız imiş.



Oxşar mövzular:
  • Azərbaycanlı qızı qətlə yetirən seksual manyak cəzasız qaldı
  • Bakıda azyaşlı qızı zorladılar
  • Bakıda iş axtaran qadını ofisdə zorladılar
  • Bakıda seksual manyak peyda olub
  • İnsanlığa sığmayan əxlaqsızlıq: Bakıda 6 yaşlı uşaq zorlandı


  • Gerİ dön


    1 şərh


    • ohaa olum olmalidi bunun cezasi :(


    • açelya
    • Xəbərlər: 0
    • Şərhlər: 19
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III