Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Şeyx: "Müsəlman müsəlmanın qanını tökməz"

  • Müəllif  Asef

 

Azərbaycan həqiqətən də tolerant ölkədir. Tolerantlıq heç bir dövlətdə Azərbaycandakı səviyyədə deyil.

Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadə bu gün jurnalistlərə açıqlamasında deyib.

Şeyxülislamın sözlərinə görə, Azərbaycanda müsəlmanlar arasında birlik var: "Bunun nümunəsi odur ki, sünni və şiə məzhəbinə aid olan insanlar birlikdə namaz qılırlar. Bununla dünyaya göstərmək istəyirik ki, Azərbaycanda birlik mövcuddur. Buna dövlətimiz də şərait yaradıb. Dövlət tərəfindən dinə və dindarlara böyük qayğı və dəstək var. Bunun bünövrəsini ulu öndərimiz Heydər Əliyev qoyub. İndi isə bu siyasəti Prezident İlham Əliyev davam etdirir. Cənab Prezident dövlətimiz və xalqımızın mənəvi dirçəlişi üçün böyük işlər görüb".

QMİ sədri bəzi ölkələrdən İslam dini adından sui-istifadə edərək, din pərdəsi altında iğtişaşlar törədilməsi və vəhşiliklər edilməsinə də münasibət bildirib: "Bilirsiniz ki, dünyanın ayrı-ayrı ölkələrində iğtişaşlar törədirlər. İslam dini adından sui-istifadə edirlər. Müsəlman müsəlmanın qanını tökməz. İslam dinlərarası, məzhəblərarası qarşıdurmanı qəbul etmir".

A.Paşazadə əlavə edib ki, Azərbaycan dünyada bərabərliyin, sülhün tərəfdarıdır.



Oxşar mövzular:
  • Müsəlman olmayanın bişirdiyi balığı yemək olarmı?
  • Ramazanla bağlı FƏTVA
  • Ramazan ayında ən çox oruc tutan ölkələr
  • Dark Horse'a Müsəlmanların Ağır etirazi
  • Müsəlmanların 20 ən böyük kəşfi


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    «     May 2022    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031