Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Kompüter istifadəçiləri özlərini bu xəstəliklərdən qorusun

  • Müəllif  Asef

Kompüter istifadəçiləri özlərini bu xəstəliklərdən qorusun

 

İşləyənlərin bütün günü kompüter qarşısında oturması, kompüterin həddən çox və yanlış istifadəsi sağlamlıq problemlərinə yol açır. Bu xəstəliklərə qarşı tədbirlər görülməzsə, sağalma müddəti gecikir və xəstəlik xronikiləşir. Aile.lent.az kompüter istifadəçilərini təhdid edən 4 xəstəliyi təqdim edir.

Boyun yırtığı

Kompüterdən çox istifadə edildiyi üçün boyundan başlayan və qola doğru uzanan ağrılar gücsüzlük və keyimə ilə birgə yaşanarsa, bu, boyun yırtığına işarə edir. Kompüterdə çalışarkən uzun müddət eyni sabit vəziyyətdə durmaq bu problemə yol açır.

Miyofasiyal ağrı sindromu

Uzun müddət sabit vəziyyətdə oturaraq işləməli olanlarda bel əzələlərində miyofasiyel ağrı sindromu ortaya çıxır. Bu sindrom əsasən bel və kürək sümüyü ətrafındakı əzələ qruplarında ağrıya səbəb olur.

Tendinit

Dirsək və əl-bilək ətrafında fərqli tendinit tabloları ortaya çıxa bilər. Kompüterdə işləyərkən bilək hissəni yuxarıda saxlamaq əl və bilək ətrafında ağrıya səbəb olur.

Qapalı tunel sindromu 

Əl və biləyin çox istifadəsi əllərdə gecələr keyiməyə səbəb olan qapalı tunel sindromuna yol açır. Uzun müddət bu şikayət davam edərsə, əl əzələlərində gücsüzlük və ərimə meydana gəlir.

Bu xəstəliklərə nələr səbəb olur?

Uzun müddət təkrarlayıcı hərəkətlər etmək

Düzgün oturmamaq

Uzun müddət sabit bir vəziyyətdə oturmaq

Bəzən həddən çox güc sərf etmək

Klaviatura düymələrini möhkəm basmaq, siçanı möhkəm tutmaq

Otaqda pis havalandırma

İşlərdən razı qalmamaq, monoton işləmək

Ağır iş və məsuliyyətlər

İş yerində dəstəyin az olması

Siqaret istifadəsi və yaşlılıq.



Oxşar mövzular:
  • Əllərimiz hansı xəstəliklərdən xəbər verə bilər?
  • Görmə qabiliyyətini necə yaxşılaşdırmaq olar?
  • Hündürdaban ayaqqabıların yaratdığı xəstəliklər
  • Kimlər internet aludəçisidir?
  • Kompyuterlə yaranan xəstəliklər


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Yanvar 2022    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31