Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Həccə gedənlərə MÜRACİƏT

  • Müəllif  Asef

Həccə gedənlərə MÜRACİƏT

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il həcc ziyarətinə getmək istəyən zəvvarlara müraciət edib.

QMİ-dən APA-ya verilən məlumata görə, müraciət ziyarət üçün sənəd qəbulunun vaxtı ilə bağlıdır.
 
İdarədən bildiriblər ki, sənəd qəbulu avqustun 20-də yekunlaşacaq.
 
QMİ-dən onu da əlavə ediblər ki, hələlik həcc ziyarəti üçün ayrılmış 2400 yerlik kvota tam dolmayıb.
 
Qeyd edək ki, sənəd qəbuluna fevralın 20-dən başlanılıb. Bu il Azərbaycandan həcc ziyarətinə səfər sentyabrın 11-də başlayacaq. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır.
 
Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.



Oxşar mövzular:
  • Həccə getmək istəyənlərə xəbər var
  • Həcc ziyarətinə gedəcək zəvvarlara XƏBƏRDARLIQ
  • Məşhur futbolçu Məkkəyə gedir
  • Həccə gedənlərin nəzərinə
  • Aygün Kazımova İlhamə Quliyevanın ziyarət etdi


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    boreç
           Нет
    Şərhləri: 1
     
    «     İyun 2022    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Style I Style II Style III