Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Qeyri-müsəlmanlara görə də xeyir duası etmək olar

  • Müəllif  Asef

 

Dua o məsələlərdəndir ki, İslam dini onu çox tövsiyə etmişdir. Çünki insanın taleyinə böyük təsirlər qoyar. Məsumların (ə) kəlamlarından başa düşmək olur ki, nəinki müsəlmanların bir-biri üçün xeyir dua etməsini istəyərdilər, bəlkə başqa insanlar üçün də xeyir duası etməklərini tövsiyə edərdilər. (Tebyan)

Sum.Az deyerler.org-a istinadən bildirir ki, İmam Həsən Müctəba (ə) buyurur: "Anam Fatiməni (s.ə) hər cümə axşamı səhər günəş çıxana qədər müşahidə edirdim ki, səcdə və rükü ilə Allah ibadətilə məşğul olardı, mömin qadın və kişilər üçün adlarını zikr edərək,Allah dərgahına çoxlu dualar edərdi. Özü üçün dua etməzdi. Anama dedim: "Niyə özün üçün dua etmirsən?". Buyurdu: "Əvvəl qonşu, sonra ev".
Bütün insanların, o cümlədən qeyri-müsəlmanların hidayət olması üçün dua etmək bəyənilən əməllərdən hesab olunur. Necə ki, İslam Peyğəmbəri (s) Xəndək döyüşündə onunla döyüşə gələn Qureyş üçün dua etmişdi və Allahdan onların hidayət olmasını istəmişdi.
Ancaq müşriklərlə bağlı Həzrət Peyğəmbərə (s) xitab edilərək, buyurulur: "Peyğəmbərə və iman gətirənlərə müşriklərin cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz)". ("Tövbə" 113).
Hətta tarixə nəzər salan zaman müşriklərə nifrin edilməsinin şahidi oluruq. Belə ki, Həzrət Musa (ə) Firona nifrin etmişdi, çünki onun hidayət olunması mümkün deyildi. "Musa (fironçuların iman gətirməsindən naümid olduqdan sonra) dedi: "Ey Rəbbimiz, Sən Firona və onun qövmünün başçılarına dünya həyatında (bolluca) zinət və (çoxlu) mallar verdin ki, - ey Rəbbimiz - nəhayət (Sənin bəndələrini) Sənin yolundan azdırsınlar. Ey Rəbbimiz, onların mallarını məhv et və qəlblərini sərtləşdir ki, ağrılı əzabı görənə kimi iman gətirməsinlər (və Harun Musanın nifrininə "amin" deyirdi)"". ("Yunus" 88).
"Onlar üçün bağışlanma dilə, ya bağışlanma diləmə (birdir), əgər onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allaha və Onun Peyğəmbərinə kafir oldular. Allah fasiq dəstəni hidayət etməz". ("Tövbə" 80).
Həzrət İbrahim (ə) də bir müddət əmisinin hidayət olması üçün dua edir, ancaq bunun nəticəsiz olduğunu görən zaman dua etməkdən əl çəkir.
O müsəlman ki, haqqı tanıyar, ancaq onunla müxalifətlik edər, Peyğəmbər (s) və Əhli-beyti (ə) ilə düşmənçilik edər - onun üçün dua etmək məsləhət deyildir. Qalan müsəlmanlar və müsəlman olmayan üçün xeyir dua etmək olar.
İmam Sadiq (ə) buyurur: "Əgər həmin insan Allahın düşməni olarsa, de: "Allahım! Biz ondan Sənə qarşı dümənçilikdən başqa bir şey görməmişik. Allahım, qəbrini atəşlə doldur". Əgər həmin şəxs zəif insandırsa (yəni, bilərikdən haqqa qarşı çıxmayıbsa) de: "Allahım, o kəslər ki, tövbə edir və Sənin yolunu gedirlər, onları bağışla və cəhənnəm atəşindən uzaq et". Ancaq əgər bilməsən ki, bu şəxs hansı dəstədəndir, de: "Əgər xeyir və onun əhlini sevirsə, onu bağışla və Öz rəhmətində qərar ver"".



Oxşar mövzular:
  • Mənə dua edin, Mən də sizə cavab verim
  • İslam tək haqq dindir
  • Bu Gun "Rəcəb" ayi DaxiL olur..
  • Rəbbimə olan sevgim
  • Rəbbimə olan sevgim


  • Gerİ dön


    1 şərh


    • Çox sağolun

      Çox sağolun

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    DarrellAmurb
           312851161
    Şərhləri: 36
     
    Lewishox
           265852511
    Şərhləri: 28
     
    Stevenbeeks
           211564613
    Şərhləri: 20
     
    Williambibly
           167162572
    Şərhləri: 1
     
    Timothyron
           275217178
    Şərhləri: 1
     
    proprocom
           165872161
    Şərhləri: 1
     
    Terxan
           552933183
    Şərhləri: 1
     
    TheronReism
           236468237
    Şərhləri: 1
     
    BryantDiree
           155313813
    Şərhləri: 1
     
    ElmergeT
           254746656
    Şərhləri: 1
     
    «     Oktyabr 2020    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III