Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Xəbərdarlıq: üzümü tumu ilə birgə yeyin!

  • Müəllif  Asef

 

Üzüm qədim zamanlardan bəri ən faydalı meyvələrdən sayılır. Ancaq son illər aparılan araşdırmalar üzümün tumunun onun özündən daha faydalı olduğunu ortaya çıxarıb. İlk dəfə 1947-ci ildə fransız kimyagər, professor Cek Maskulie apardığı çoxsaylı araşdırmalardan sonra bu qənaətə gəlib ki, üzümün tumu bir çox xəstəliyin müalicəsində istifadə edilə bilər.

Take.Az publika.az-a istinadən üzüm tumunun araşdırmalar sonucunda ortaya çıxan ən faydalı xüsusiyyətlərini təqdim edir:
 
Üzüm tumu ən çox varikoz üçün yararlıdır. Bundan başqa, Fransada 100 nəfərin iştirak etdiyi araşdırma zamanı məlum olub ki, üzüm tumu kompüter qarşısında çox vaxt keçirən insanlarda yaranan göz problemlərinin qarşısını alır. Tərkibindəki maddələr sayəsində yüksək təzyiqdən əziyyət çəkənlərə də kömək edir. Gündə bir ovuc üzümü tumları ilə birgə yeyənlərdə təzyiq sabit qalır. O, damarları təmizləyir və hüceyrələri yeniləyir. Həkimlər 30 yaşdan sonra hər bir insanın gündə yarım çay qaşığı üzüm tumunu çeynəyərək udmasını tövsiyə edirlər. Beləliklə, həm bir sıra xəstəliklərdən müdafiə olunmaq, həm də gənc qalmaq mümkündür.
 
Üzüm tumunun yağı təbii ağrıkəsici hesab edilir. Ağrıyan bölgəni bu yağla masaj etmək yaxşı effekt verir.
 
Sonda onu da qeyd edək ki, üzümün qlisemik indeksi yüksəkdir. Buna görə də, şəkər xəstələri və pəhriz saxlayanlar üzüm yeyərkən diqqətli olmalı, 1 ovucdan artıq yeməməyə çalışmalıdırlar.



Oxşar mövzular:
  • Yaşıl qəhvə həqiqətən arıqladır?
  • Bu sizi nikotin asılılığından da xilas edəcək
  • Ürəyin dostu xərçəngin düşməni
  • Kim ki yüz il yaşamırsa: üzüm yoxdur, kişmiş ye!
  • Hansı meyvə hansı xəstəliyin dərmanıdır?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    boreç
           Нет
    Şərhləri: 1
     
    «     İyun 2022    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Style I Style II Style III