Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bakı metrosunda qatarlar daha tez-tez gələcək

  • Müəllif  Asef

Bakı metrosunda qatarlar daha tez-tez gələcək

 

"Bakı Metropolitenində qatarların hərəkətində qış qrafikinə keçidin tarixi hələlik dəqiqləşdirilməyib. Lakin adətən qış qrafikinə keçid yeni dərs ilinin başlamasından bir neçə gün əvvəl, sentyabr ayının 10-12-si tarixlərində olur. Əgər sərnişin sıxlığı çox olarsa, yeni qrafikə bundan tez də keçilə bilər".

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisi qeyd edib ki, hazırda qış qrafikinə keçidlə bağlı metropolitendə aparılan hazırlıqlar və təmir işləri yekunlaşmaq üzrədir.

Metropolitenin sözçüsü yeni qrafikə keçəndən sonra qatarlar arasındakı intervalın necə olacağına da aydınlıq gətirib: "Yay qrafiki zamanı xətlərə cəmi 20-24 qatar buraxılır. Qış qrafikinə keçəndən sonra xəttə buraxılan qatarların sayı yenidən 30-a çatdırılacaq, qatarlar arasında interval isə azaldılacaq. Belə ki, mövsümlə əlaqədar qatarlar arasında interval da artıb. Hazırda interval metronun "28 May" - "Həzi Aslanov" stansiyaları arasında 2,5 - 3 dəqidədir. "28 May" - "Dərnəgül" və "28 May" - "İçərişəhər" stansiyaları arasında isə 5-6 dəqiqədir. Sentyabr ayından etibarən isə sərnişin sıxlığı nəzərə alınmaqla interval yenə də müvafiq olaraq 2 - 2,5 dəqiqə və 3 - 4 dəqiqə olacaq".

N.Paşayevin sözlərinə görə, hər il yayda Bakı Metropolitenində yay qrafikinə keçid sərnişin sıxlığının azalması ilə əlaqədardır. Belə ki, qış vaxtında metrodan təxminən gün ərzində 700 - 750 min sərnişin istifadə edirsə, yay mövsümü zamanı bu rəqəm 400 - 450 min nəfərədək azalır.



Oxşar mövzular:
  • Bakı-Sumqayıt sürət qatarları bu gün işə düşə bilər - FOTO
  • Bu gün yeni qatarlarla bağlı YEKUN QƏRAR veriləcək
  • Yeni qatarlar xəttə buraxıldı
  • Yeni metro qatarları niyə istifadəyə verilmir?
  • Bakı Metropolitenində - XÜSUSİ PLAN


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III