Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Cavanlığı və gözəlliyi qoruyan təbii vasitə

  • Müəllif  Asef

 

Take.Az saglamolun.az-a istinadən bildirir ki, üzüm çəyirdəkləri unikal kimyəvi tərkibə malikdir.

Onların tərkibində protein, A, B, C, E, PP vitaminləri, müxtəlif minerallar, faydalı yağlı turşular (olein, stearin, linol, palmintin və s.), xlorofill və s. faydalı maddələr var.
Üzüm çəyirdəyi E vitamini ilə xüsusilə zəngindir. Bu vitamin orqanizmdə qocalma və dağılma prosesləri ləngidir, ürək-damar və onkoloji xəstəliklərinin inkişafına mane olur, dərinin sağlam və cavan qalmasını təmin edir.
Üzüm çəyirdəkləri güclü antioksidantdır. Antioksidantlar orqanizmdə qocalma proseslərlə mübarizə aparır. Məhz bu səbəbdən üzüm çəyirdəyi və üzüm çəyirdəyi  yağı bir çox üz və bədən üçün olan anti-age (qocalma əleyhinə) kremlərə, maskalara və digər kosmetik vasitələrə əlavə olunur. Xüsusi üzüm çəyirdəyi ekstraktı kapsulları var ki, bu kapsulların qəbulu orqanizmə cavanlaşdırıcı təsir edir.
Bütün bunları nəzərə alaraq üzüm yedikdə onun çəyirdəklərini də yemək lazımdır. Lakin onlardan fayda almaq üçün çəyirdəkləri yaxşı çeynəmək və yalnız bundan sonra udmaq lazımdır. Bütöv şəkildə udduqda çəyirdəklər bağırsaqlara "şotka" kimi təsir edir - onları təmizləyir. Lakin bu halda çəyirdəklərin tərkibində olan faydalı maddələr orqanizmə daxil olmur.

Onu da nəzərə almaq lazımdır ki, üzüm çəyirdəkləri mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlara ziyan vura bilər. Kiçik yaşlı uşaqlara üzüm verdikdə üzümü çəyirdəklərdən təmizləyin.
Üzüm çəyirdəkləri orqanizmdə müdafiə prosesləri sürətləndirir, orqanizmə xərçəng əleyhinə təsir edir.
Üzüm çəyirdəkləri qəhvəüyüdəndə əzin və bir qədər xama ilə qarışdırıb skrab kimi istifadə edin.
Üzüm çəyirdəyi yağı çox faydalı və qiymətli məhsul sayılır. Bu məhsulu ev şəraitində də hazırlamaq olar. Bunun üçün qırmızı üzüm çəyirdəkləri yuyulur, qurudulur, həvəngdəstədə yaxşı əzilir və bankaya tökülür, üzərinə çıxana kimi zeytun yağı tökülür. Yağı 10 gün ərzində sərin qaranlıq yerdə saxlayın (vaxtaşırı olaraq yağı qarışdırmaq lazımdır). 10 gündən sonra yağı yaxşı süzün və istifadə edin. Bu yağı dəriyə maska kimi çəkmək və 20 dəqiqədən sonra ilıq suda isladılmış pambıq disklə təmizləmək lazımdır. Belə maska dərini daha sağlam, elastik edir, cavanlaşdırır, kiçik qırışları yox edir, dərinin rəngini yaxşılaşdırır.

Üzüm çəyirdəyi yağı saçlar üçün də çox xeyirlidir - onların vəziyyətini yaxşılaşdırır, daha sağlam və canlı edir. Yağı saçların köklərinə sürtün, üzərinə plyonka, sonra dəsmalla örtün və 1 saat saxlayın. Daha sonra saçlarınızı yaxşı yuyun. Bu proseduru həftədə 1 dəfə etmək olar.



Oxşar mövzular:
  • Hər dəfə ərik yeyəndə 1 milyon dolları çölə atırıq
  • Xəbərdarlıq: üzümü tumu ilə birgə yeyin!
  • Arıqlamaq istəyirsinizsə, alça yeyin
  • Ürəyin dostu xərçəngin düşməni
  • SAÇLARINIZ ÜZÜM ÇƏYİRDƏYİ YAĞI İLƏ UZANSIN


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    «     May 2022    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III