reklam
Bədən quruluşunuza görə geyim tərziniz hansıdır? Bədən quruluşunuza görə geyim tərziniz hansıdır? https://take.az/uploads/posts/2022-08/1661062691_cheap-party-dresses-for-women-exclusive.jpg
n2006

n2006 Məsləhətlər 22-08-2022, 10:00

Bədən quruluşunuza görə geyim tərziniz hansıdır?

Bədən quruluşunuza görə geyim tərziniz hansıdır?
Bədən quruluşunuzu bilirsinizmi? Bu yazımızda bədən formanızı öyrənərək bəyənmədiyiniz yerləri incə toxunuşlar edərək görünməz edə bilərsiniz. Armud, tərs üçbucaq, düzbucaq, qum saatı, paxlava və oval formaları olmaq üzərə 6 fərqli bədən forması mövcuddur. Bədən formanızı tanımaq üçün sadə yollar var. Əgər siz də bədən formanızı tanıyıb və necə geyinməli olduğunuzu bilsəniz, sizi narahat edən nahiyyələrinizi asanlıqla gizlədə biləcəksiniz.

Armud formalı bədən tipi

Üst hissəyə nisbətən alt tərəf daha geniş olan bədən quruluşudur. Boyunları incə, uzun, sinələri kiçik, zərif və düzgün bel formaları var. Armud formalı bədən quruluşuna sahib olan məşhurlara misal olaraq Rihanna, Beyonce və Jennifer Lopezi göstərə bilərik.

Armud formalı bədən quruluşuna sahib olan xanımlar üçün geyim məsləhətləri

Aksessuarları ön planda tutmalısınız. Sırğa, boyunbağı kimi aksessuarlar istifadə etmək hər zaman gözləri geniş hissələrdən uzaqlaşdıraraq üst hissəyə fikri cəmləyəcək. Dar geyimlər geyinməyin. Üst tərəfə geydiyiniz geyimlər əsasən rəngli və şəkilli olsun. Burda əsas nüans yuxarı hissənizin incəliyini ortaya çıxarmaqdır. Üst tərəfinizə çox geniş geyimlər də geyinməyin, əks təqdirdə sizi kök göstərəcək. Üst geyimləriniz çox da dar olmasın, amma üstünüzə oturan geyimlər olsun. Aşağı nahiyənizi gizlətmək üçün uzun ya da qısa olan köynək və pencəklər seçin. Hər zaman tünd rəngli şalvar və ətəklər seçin. Şalvarlarınızın çox dar və ya bol olmamağına fikir verin. Büzməli və yanları cibli şalvarlar geyinməyin. Qısa ətəklər geyinməyin. Dikdaban ayaqqabılar geyinərək ayaqlarınızı daha uzun və incə göstərə bilərsiniz.

Tərs üçbucaq formalı bədən tipi

Tərs uçbucaq formalı bədənlərin çiyinləri geniş, beli normal və aşağı nahiyəsi daha incə, ayaqları uzun olur. Bu bədən formasının ayaqları həqiqətən çox gözəl olur və sinələri həddən artıq cəzbedici olur. Bu bədən quruluşuna sahib olan məşhurlardan Angelina Jolie və Demi Mooreni misal çəkə bilərik.
Tərs üçbucaq formalı bədən quruluşuna sahib olan xanımlar üçün geyim məsləhətləri

Hərəkətli və bəzəkli libaslardan uzaq durun. Əsasən çiyinləri ön plana çıxaran pencəklər geyinməyin. Cibli və gen formalı şalvarlara üstünlük verin. Aşağı nahiyənizə dar olan geyimlər seçməyin. Bunun əvəzinə aşağı nahiyəyə doğru genişlənən paltar və şalvarlar seçməlisiniz.



Düzbucaq formalı bədən tipi
Bu tip bədən formasında alt və üst hissələr demək olarki bərabərdir. Bu bədən quruluşuna sahib olan məşhurlara misal olaraq isə Cameron Diaz və Gwyneth Paltrowu göstərə bilərik.

Düzbucaq formalı bədən quruluşuna sahib olan xanımlar üçün geyim məsləhətləri

Bu tip bədən formalarının mükəmməl çiyinləri olur. Qolsuz üst geyimləri geyinərək çiyinlərinizi vurğulamaqdan çəkinməyin. Bədəninizdə isə belinizi vurğulamaq üçün korset geyinə bilərsiniz. Yaxası V formalı olan geyimlər geyinərək boynunuzu daha incə göstərə bilərsiniz. Beli aşağıda olan şalvarlar əvəzinə aşağı hissələri fərqli olan ətəklər seçməlisiniz. Geyimlərinizdə kəmərdən istifadə etməyə çalışın. Uzun ətək geyinmək istəyirsinizsə, köynəklərinizi də uzun seçməlisiniz.

Qum saatı formalı bədən tipi

Qum saatı formalı insanlar xırda sümüklüdürlər və gözə çarpan belə sahib olurlar. Qövslü ombaları və düz ayaqları olur. Bu bədən quruluşuna sahib olan məşhurlar isə Sophia Loren və Halle Berrydir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
317 306 274 307 313 331

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.