reklam
Super Kalori Yandıran Badımcan Pizzası Super Kalori Yandıran Badımcan Pizzası https://take.az/uploads/posts/2022-08/medium/1661420448_super-kalori-yandc4b1ran-lc999zzc999tli-pizza-768x432.jpg
n2006

n2006 Mətbəx 25-08-2022, 13:41

Super Kalori Yandıran Badımcan Pizzası

Super Kalori Yandıran Badımcan Pizzası
Badımcan pizzası super yağ yandırıcıdır. Nə qədər yeyirsinizsə, bir o qədər də artıq çəki sürətli əriyir. LoaDinG.Az möcüzəvi pizzanın reseptini təqdim edir.

Tərkibi:

1 ədəd orta ölçülü badımcan
½ çay qaşığı duz
10 yarpaq təzə reyhan
1 xörək qaşığı zeytun yağı
½ stəkan rəndələnmiş pendir
2 diş sarımsaq
1 ədəd yetişmiş pomidor
½ çay qaşığı Provans ot qarışığı (mərzə, bibəriyə(rozmarin), reyhan, kəklikotu, adaçayı, nanə-cövhər, oreqanonun quru qarışığı)
Hazırlanma qaydası:

İlk öncə badımcanı yuyun və kənarlarını kəsin. Qalın dilimlər kəsin və soyuq duzlu suda bir neçə dəqiqəlik saxlayın. Sudan çıxardığınız badımcanları quruması üçün kağız dəsmal üzərinə sərin. Xırdalanmış sarımsaqları zeytun yağında tavada qovurun. Reyhan yarpaqlarını, duz, qabığı soyulmuş və kub şəklində doğranmış pomidorları da tavaya əlavə edin və suyu çəkilənə qədər bişirin. Badımcanları soba sinisinə aralıqlarla düzün. Üzərinə Provans ot qarışığı və zeytun yağı səpilmiş badımcanları öncədən 190 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. 20 dəqiqə sonra badımcanların üzərinə pomidor sousunu və rəndələnmiş pendir düzün və yenidən 10 dəqiqə bişirin. Çox dadlı dietik badımcan pizzası hazırdır

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 195 164 185 185 213

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.