Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


WhatsApp-dan pullu xidmət AÇIQLAMAsı

  • Müəllif  Asef

WhatsApp-dan pullu xidmət AÇIQLAMAsı

 

Take.Az lent.az-a istinadən bildirir ki, "WhatsApp" mobil mesaj xidmətinin rəhbərliyi istifadəçilərə müraciət edib. 

Rəhbərlik bu platformadan heç vaxt reklam məqsədilə istifadə olunmayacağını bəyan edərək istifadəçiləri bu tip mesajlara inanmamağa çağırıb."WhatsApp" nümayəndəsi son günlər platformanın pullu olacağı haqda yayılan söz-söhbətlərin və "bu mesajı "WhatsApp" istifadəçisi olan 10 dostunuza göndərsəniz, "WhatsApp"dan 5 il pulsuz istifadə hüququ qazanacaqsınız" şəklində mesajların doğru olmadığını bildirib. 

O, həmin mesajların şirkətdən göndərilmədiyini deyib: "Şirkət olaraq "WhatsApp"dan istifadəçilərimizə toplu mesaj, bülleten və ya reklam göndərmək üçün qətiyyən istifadə etməyəcəyik. Belə mesajları diqqətə almayın və onları dostlarınızla paylaşmayın". Bununla yanaşı, şirkət təmsilçisi "illik xidmət üzvlüyü" modeli üzərində çalışdıqlarını da söyləyib: "Pulsuz sınaq müddəti sona yetdikdən sonra bir illik abunə haqqı 0,99 dollar olacaq".



Oxşar mövzular:
  • WhatsApp yeni rekorda yaxınlaşır
  • WhatsApp-ın əsas ÜSTÜNLÜKLƏRİ
  • WhatsApp istifadəçilərinə daha bir xoş xəbər
  • WhatsApp-da gözlənilən oldu
  • "WhatsApp" pullu olacaq


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    syspneti1982
           Нет
    Şərhləri: 1
     
    Martinkag
           226685615
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    «     Sentyabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Style I Style II Style III